Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar müşavirə keçirilmişdir
26 may 2023-cü il tarixində taxıl biçininə hazırlıq, eləcədə yay mövsümü ərzində taxıl zəmilərində, otlaq, meşə və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar müşavirə keçirilmişdir.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin yerli idarələrinin nümayəndələri, inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədirləri, kombayn sahibləri və taxılçı fermerlər iştirak edib.
Müşavirədə taxıl biçini kompaniyasının mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, təhlükəsizlik tədbirləri, kənd təsərrüfatı texnikalarının hazırlıq vəziyyəti ilə bağlı məsələlər müzakirə olunmuşdur.
RİH başçısı Musa Şəkiliyev müşavirəni açaraq mühüm strateji məhsul olan taxıl və digər dənli bitkilərin vaxtında və itkisiz yığımı ilə əlaqədar həyata keçirilən tədbirlərdən, qarşıda duran təxirəsalınmaz vəzifələrdən danışmış, taxıl biçininin itkisiz və vaxtında başa çatdırılması üçün RİH-də Qərargahın yaradıldığını bildirmişdir. Həmçinin RİH başçısı meşə fondu, eləcə də Xüsusi Mühafizə olunan Təbiət Ərazilərində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlar tərəfindən 24 saatlıq növbətçiliyin təşkil olunmasının və yerlərdə baş verə biləcək hər hansı yanğın təhlükəsinin qarşısının operativ şəkildə alınmasına cəlb olunacaq könüllü dəstələrin yaradılmasının vacibliyini qeyd etmişdir.
FHN- nin Şimal Qərb Regional Dövlət Yanğından Nəzarət İdarəsinin rəisi Natiq Mirzəyev, Qax rayon DAİM-nin texniki nəzarətin təşkili üzrə baş məsləhətçisi Əsəd Məmmədov, “Aqroservis” ASC -nin Qax rayon bölmə rəhbəri vəzifəsini müvəqqəti icra edən Elvin Hafizov, İlisu Dövlət Təbiət Qoruğunun direktor vəzifəsini müvəqqəti icra edən Azərçin Muradov, Şəki RMTM-nin yanğın təhlükəsizliyi üzrə mütəxəssisi İlqar Abbasov çıxış edərək taxıl biçininə hazırlıq və havaların istiləşməsi nəticəsində yanğın təhlükəsinin artmasıyla əlaqədar həyata keçiriləcək tədbirlər barədə danışdılar.
Həmçinin, qarşıdan yay mövsümünün gəlməsi və yanğın təhlükəsinin artması ilə əlaqədar kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri, yanğın hadisələri ilə bağlı dərhal əlaqədar qurumlara məlumat vermələri xahiş edilib.