Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yeni il şənliyi ərəfəsində yanğın təhlükəsızliyi

20 dekabr 2022 | 12:00

Yeni il şənliklərində və insanların kütləvi toplaşdıqları digər yerlərdə tədbirlər keçirilən zaman:

ən azı iki ehtiyat çıxış qapısı qoyulan, tikinti norma və qaydalarına tam cavab verən, 2 mərtəbədən yuxarı olmayan və yanmayan arakəsmələri olan binalarda tədbir keçirilməsinə icazə verilir;

bəzəkli şam ağacı qurularkən yerə möhkəm bərkidilməli və elə qurulmalıdır ki, ağacın budaqları divara, tavana dəyməsin;

otaqlarda işiqlandırma sistemi olmadıqda tədbir yalnız  gündüzlər keçirilməlidir;

şam ağacının bəzədilməsində istifadə olunan lampalar ardıcıl qoşulmalı və bu zaman gərginlik 12 voltdan, cərəyan 25 vatdan artıq olmamalıdır;

əgər elektrik təsərrüfatında nasazlıq yaranarsa ( naqillərin qızması, lampaların yanıb-sönməsi, qığılcım çıxması və s.), cərəyan dərhal ümumi dövriyyədən ayrılmalıdır.

Qadağandır:

otaqların pəncərələrində dəmir barmaqlıqlar olduqda tədbirlərin keçirilməsi;

atəşfəşanlıq məqsədilə partlayıcılardan, güclü projektorlardan, şamlardan, fişənglərdən və digər yanğın təhlükəli işıqlandırıcı maddələrdən istifadə edilməsi;

şam ağacının bəzədilməsi zamanı selloiddən hazırlanmış oyuncaqlardan, o cümlədən odadavamlı məhlul hopdurulmayan cuna pambıqdan istifadə olunması;

uşaqlara tezalışan materiallardan tikilən kostyumların geyindirilməsi;

tədbir zamanı qaynaq, rəngləmə və digər yanğıntörədici partlayış təhlükəli işlərin görülməsi;

oturacaqların ara məsafəsinin azaldılması, əlavə stul və kreslolar qoyaraq cərgəarası keçidlərin bağlanması;

tamaşa vaxtı zalın işığının tam söndürülməsi;

nəzərdə tutulduğundan artıq insanların zala buraxılması;

yanğın təhlükəsizliyinə cavabdeh olan növbətçilərin və yanğın təhlükəsizliyi orqanı əməkdaşlarının olmadığı zaman tədbirlərin keçirilməsi.

 

Keçidlər