Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yüksək balla ali məktəblərə daxil olan gənclərlə görüş keçirilmişdir

05 sentyabr 2023 | 15:34

       Ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan qaxlı gənclər rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə Qax rayon Təhsil Sektoru tərəfindən mükafatlandırılıblar.

       Bu il rayon üzrə ali məktəblərə sənəd vermiş 316 məzundan 200-ü tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 23 nəfəri 500-700 bal arası, o cümlədən 7nəfər 600 baldan yuxarı nəticə göstərib.

       İmtahanlarda Namiq Allahverdiyev adına şəhər 2 nömrəli məktəb-liseyin məzunu Hacıxanlı Elgün rayon üzrə hamıdan çox – 672 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub. Namiq Allahverdiyev adına şəhər 2 nömrəli məktəb-liseyin məzunları Abdulla Toğrul 651 balla Bakı Mühəndislər Universitetinə, Mütəllibova Gülnar 647 balla Bakı Dövlət Universitetinə, Paşayeva Nərgiz 618 balla Azərbaycan-Fransız Universitetinə, Musazadə Nərmin 608 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, Nizami adına İlisu kənd tam orta məktəbin məzunu Məmmədli Pəri 630 balla, Əziz Abdullayev adına Marsan kənd tam orta məktəbin məzunu Tağızadə Leyla 625 balla Azərbaycan Tibb Universitetinə qəbul olunublar.

       Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, gəncləri tələbə adı qazanması münasibətilə təbrik etmiş, onlara təhsildə və gələcək həyatlarında uğurlar arzulamışdır. Tədbirdə çıxış edənlər ali məktəbə qəbul olunan gəncləri təbrik etmiş, onlara yeni dərs ilində müvəffəqiyyətlər arzulamışlar.

      Sonda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərə hədiyyələr təqdim olunmuşdur.

 

 

Keçidlər