Yusifli Məhəmməd Rəhman oğlu
07 sentyabr 2026 | 16:30
Sabahın xeyir, #Qax!
Yusifli Məhəmməd Rəhman oğlu 23 avqust 2001-ci ildə Qax rayonunun Almalı kəndində anadan olub. İlk təhsilini Almalı kənd tam orta məktəbində alıb ,daha sonra təhsilini Qax Peşə Liseyində “bitkiçilik mütəxəssisi” ixtissası üzrə davam etdirib. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı Talışkənd - Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda" , “Laçının azad olunmasına görə” və "Suqovşanın azad olunmasına görə" medalları və 25 iyun 2026-cı il tarixli sərəncamı ilə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 2 oktyabr 2020-ci il tarixdə Qax rayonun Almalı kəndində dəfn olunub. Allah şəhidlərimizə rəhmət eləsin.






