Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Zəyəm kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir

27 yanvar 2025 | 10:36

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Zəyəm kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər  kəndin elektrik enerjisi təchizatının yaxşıladırılmasına, qeydiyyat nişanı olmayan nəqliyyat vasitələrinin kənddaxilində istifadə olunmasına icazə verilməsinə, tam orta məktəbinin duru yanacaqla işləyən sisteminin qazla işləyən yanacaq sisteminə dəyişdirilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur. 

 Qəbulda qaldırılan məsələlər nəzarətə götürülərək, onların  həlli ilə bağlı rayonda fəaliyyət göstərən xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər