Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ziyadov Mehdi Bəhram oğlu

13 iyul 2026 | 09:26
Sabahın xeyir, #Qax!
Ziyadov Mehdi Bəhram oğlu 10 dekabr 1964-cü ildə Qax rayonunun Qıpçaq kəndində anadan olub. Qıpçaq kənd orta məktəbini bitirib. 1985-ci ildə Moldovada hərbi xidmət keçib vətənə qayıtdıqdan sonra Bakıda texniki peşə məktəbində mebel ustası peşəsinə yiyələnib. Mehdi Ziyadov karate idman növü ilə də məşğul olub.
1992-ci ilin martında könüllü olaraq Milli Ordu sıralarına qatılıb. Mehdi Ziyadov ilk olaraq Laçın istiqamətində döyüşlərdə iştirak edib, daha sonra taburu ilə birgə Goranboy bölgəsinə göndərilib. PDM komandiri kimi döyüşlərə qatılan Mehdi Ziyadov Goranboyun Erkəç, Gülüstan və xüsusilə Canbaz yüksəkliyinin azad olunmasında böyük şücaət göstərib. Mehdi döyüş yoldaşları arasında “Mixaylo” adıyla tanınıb.
1992-ci il iyun ayının 1-də Füzuli rayonunun Veysəlli kəndi yaxınlığındakı ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
1992-ci il iyulun 3-də Qax şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.
2010-cu ildə, ölümündən 18 il sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Qıpçaq kənd tam orta məktəbinə şəhidimizin adı verilib. Allah şəhidlərimizə rəhmət etsin.
Keçidlər