Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Böyük Vətən müharibəsi veteranlarına maddi yardım göstərilib

09 may 2016 | 16:00

9 May- Faşizm üzərində Qələbənin 71-ci ildönümü  münasibəti ilə rayon rəhbərliyi  şəhərdə və rayonun Qum, Qaşqaçay, Ləkit  kəndlərində yaşayan Böyük Vətən müharibəsi veteranlarını öz evlərində ziyarət edərək onların qayğı və problemləri ilə maraqlanmış, hər birinə maddi yardım göstərilmiş, qiymətli hədiyyələr təqdim olunmuşdur.  Görüşdə cənab Musa Şəkiliyev Böyük Vətən müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının tarixi şücaətlərindən söhbət açmış və onların qəhrəmanlıqlarının heç vaxt yaddaşlardan silinməyəcəyini, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacağını diqqətə çatdırmışdır.
Müharibə veteranları  bayram günü onlara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər