Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Meşəçilər peşə bayramlarını qeyd ediblər

23 may 2016 | 16:00

Ölkəmiz müstəqillik əldə etdikdən sonra ümummilli lider  Heydər Əliyevin 23 may 2001-ci il tarixli sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmış,  Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixli sərəncamıyla isə 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi təsis olunmuşdur.
Mayın 23-ü  Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı rayonumuzda da qeyd olunmuşdur.
Meşə mühafizəsi və bərpası müəssisəsinin və İlisu dövlət təbiət qoruğunun kollektivləri əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidə önünə gül dəstələri qoymuşlar. Daha sonra peşə bayrami ilə əlaqədar tədbir kecirilmişdir
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev tədbiri giriş sözü ilə açaraq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekologiya sahəsində də görülən işlərin, o cümlədən ətraf mühitin mühafizəsi istiqamətindəki tədbirlərin, layihələrin müvəffəqiyyətlə davam etdirildiyini bildirmiş, yürüdülən ardıcıl ekoloji siyasət, həyata keçirilən tədbirlər barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirmişdir ki, təbiətin qorunması, insanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması üçün istifadə olunması hazırda ölkədə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur. Bu məqsədlə yeni yaşıllıqlar salınır, flora və faunanın mühafizəsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Həmçinin RİH başçısı bu sahənin daim dövlət nəzarətində olduğunu vurğulamışdır.
Tədbirin sonunda ətraf mühütün mühafizəsi sahəsində səmərəli fəaliyyətlərinə görə və 23 may-Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə nazirliyin rayonda fəaliyyət göstərən yerli qurumlarının bir qrup işçisinə rayon İcra Hakimiyyətinin fəxri fərmanları verilmişdir.

Keçidlər