Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan-İtaliya münasibətləri artıq bölgələrarası əməkdaşlıq mərhələsinə keçib

01 iyun 2016 | 16:00

İyun ayının 1-də Qax şəhəri ilə qardaşlaşmış İtaliyanın Valtellina bölgəsinin Bormio şəhərinin nümayəndə heyətinin  rayonumuza işgüzar səfəri olmuşdur.
Qonaqlar əvvəlcə Heydər Əliyev mərkəzində olmuş, Ulu öndərin həyat və yaradıcılığı ilə tanış olmuşlar. Daha sonra görüş dəyirmi masa arxasında davam etmişdir.
  RİH başçısı Musa Şəkiliyev qonaqları salamlayaraq  bildirmişdir ki ,  Azərbaycan ilə İtaliya arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, parlamentlərarası nümayəndə heyətlərinin dəfələrlə qarşılıqlı səfərləri olmuşdur. Bu  onu göstərir ki, Azərbaycan-İtaliya münasibətləri artıq dövlətlərarası münasibətlərdən bölgələrarası əməkdaşlıq mərhələsinə keçmişdir.
Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli çıxış edərək bildirmişdir ki, hazırda Azərbaycana xarici investisiyaların cəlb olunması üçün real şərait yaranmış, son dövrlər investisiyaların təşviqi, vergi və gömrük rüsumları ilə bağlı mühüm qərarlar qəbul olunmuşdur. Azər Kərimli yerli iş adamlarının və İtaliya nümayəndə heyətinin iştirakı ilə Qaxda keçirilən işgüzar forumun nəticəsi olaraq, gələcəkdə İtaliyanın Valtellina bölgəsindən Azərbaycana, eləcə də Qax rayonuna investisiyaların yatırılacağına ümidvar olduğunu bildirmişdir.
İtaliyanın Valtellina bölgəsində 250 min nəfər əhalinin yaşadığı 78 bələdiyyəni özündə birləşdirən Bələdiyyələr Assosiasiyasının rəhbəri xanım Karla Çioccarelli rayonumuza səfərindən məmnunluq bildirmiş, onlara göstərilən qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlıgını bildirmişdir.

Keçidlər