Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

15 iyun-tariximizin parlaq səhifəsidir

13 iyun 2016 | 16:00

15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə iyunun 13-də rayonumuzda  tədbir  keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir rayon İcra Hakimiyyətində davam etmişdir.
Rayonun rəhbər işçilərinin, hüquq-mühafizə orqanlarının yerli qurumlarının rəhbərlərinin, ziyalıların, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan rayon İcra Hakmiyyətinin başçısı  Musa Şəkiliyev qeyd etmişdir ki, hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Azərbaycan xalqının müasir tarixinin ən əhəmiyyətli dönüş nöqtəsi ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışı olmuşdur. Həmin ilin iyununda ölkəmiz vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın çağırışı ilə Naxçıvandan Bakıya dönən Ulu Öndərin qətiyyəti sayəsində müstəqil respublikamız məhv olmaq təhlükəsindən xilas oldu, Azərbaycanın gələcək inkişafının təməli qoyuldu, müstəqilliyimizin əbədiliyi və dönməzliyi təmin edildi. Tədbirdə çıxış edənlər Ümummilli Liderin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs etmiş, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulamışlar. Bildirmişlər ki, məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuş, onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artmış, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur.
Tədbirdə 15 iyun-Milli Qurtuluş Gününə aid videoçarx nümayiş etdirilmişdir.
Daha sonra tədbir “İçəribazar” qala kompleksində respublikanın incəsənət ustalarının iştirakı ilə keçirilən konsert proqramı ilə davam etdirilmişdir.

Keçidlər