Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Narkotik maddələrdən uzaq olaq, sağlamlığımızı qoruyaq

22 iyun 2016 | 16:00

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. Buna görə də narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı intensiv mübarizə zəruridir. Rayonumuzda da il ərzində narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ciddi tədbirlər görülür.
26 İyun- Narkomaniyaya Qarşı Mübarizə günü ilə bağlı iyunun 22-də C.Cabbarlı adına Mərkəzi kitabxanada “Narkotik maddələrdən uzaq olaq, sağlamlığımızı qoruyaq” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, Gənclər və İdman İdarəsinin və Mərkəzi kitabxananın əməkdaşları  iştirak etmişlər. 
RİH Hüquq şöbəsinin müdiri Dəyanət Əminov tədbiri giriş sözü ilə açaraq, narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən  danışmışdır.
Tədbirdə çıxış edənlər narkomaniyanın müasir dünyamızda cəmiyyəti narahat edən qlobal problem  olduğundan və onun fəsadlarından söhbət  açmışlar.
Tədbirin sonunda  iştirakçılara narkomaniya ilə bağlı bukletlər paylanılmışdır.

Keçidlər