Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 47-ci ildönümü qeyd olunmuşdur

14 iyul 2016 | 16:00

14 İyul- Ulu öndər, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 47-ci ildönümü münasibətilə rayonda tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir  YAP-ın inzibati  binasnda davam  etmişdir.
Hüquq-mühafizə orqanları, idarə və müəssisələrin rəhbərləri, ziyalılar, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə  keçirilən tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi və fəaliyyəti ilə bağlı ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, 47 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda Heydər Əliyev Kommunist Partiyasının birinci katibi seçilmişdir. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlanmış, onun səyləri,  gərgin əməyi sayəsində bir zamanlar keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi qabaqcıl bir respublikaya çevrilmişdir. 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı, Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edənlər  müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin dövlətçiliyimiz qarşısında  tarixi  xidmətlərini bir daha yada salmış, onun ideya və arzularının artıq reallığa çevrildiyini, ölkəmizin iqtisadi qüdrətinin artdığını, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini böyük iftixar hissi ilə qeyd etmişlər.
Sonda Heydər Əliyevin fəaliyyətindən  bəhs  edən  videoçarx nümayiş olunmuşdur.

Keçidlər