Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır

26 iyul 2016 | 16:00

İyulun 22-də Şimal-Qərb bölgəsinə səfəri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə rayon rəhbərliyinin görüşü keçirilmişdir. Qafqaz Müsəlmanları İdarəsinin, Dövlət Komitəsinin və rayon İcra Hakimiyyətinin rəsmiləri əvvəlcə ümummilli lider  Heydər Əliyevin  şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini  ehtiramla yad etmişlər. Daha sonra görüş dəyirmi masa arxasında`davam`etmişdir.
RİH başçısı Musa Şəkiliyev qonaqları salamlayaraq ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini və bu siyasətin tolerantlığın tərkib hissəsi kimi həyata keçirildiyini bildirmişdir. Musa Şəkiliyev bu münasibətlərin formalaşmasında Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rolunu yüksək qiymətləndirmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxışında Azərbaycanda olan mövcud dini durum barədə məlumat vermiş və bildirmişdir ki, bu gün Azərbaycan müxtəlif dinlər arasında səmimi münasibətlərin hökm sürdüyü, yüksək tolerantlıq mühitinə malik bir ölkəyə çevrilmişdir. Vətəndaşlar Prezident İlham Əliyevin yürütdüyü siyasətdən, dini dəyərlərə olan ehtiramdan çox razıdırlar.
          Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, bölgəyə səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyevin bütövlükdə milli- mənəvi dəyərlərin qorunması, dövlət-din münasibətləri ilə əlaqədar qəbul etdiyi qərarlar, Azərbaycanda multikultural dəyərlər, onların təbliği və təşviqi sahəsində görülən işlər barədə ictimaiyyəti, dindarları məlumatlandırmaq, müzakirələr aparmaq olduğunu bildirmişdir.
Rayona səfərləri çərçivəsində şeyxülislam Allahşükür Paşazadə və komitə sədri Mübariz Qurbanlı şəhərin mərkəzindəki Cümə məscidində və Qaxingiloy kəndindəki “Müqəddəs Georgi” kilsəsində də olmuşlar.

Keçidlər