Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

22 iyul – Milli Mətbuat günü qeyd olundu

26 iyul 2016 | 16:00

22 iyul – Milli Mətbuat günü  rayonumuzda da qeyd edilmişdir.Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov bütün mətbuat nümayəndələrini  Mətbuat günü münasibəti ilə  təbrik etmişdir. O, qeyd etmişdir ki, 141 illik tarixi olan Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaratmış, mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr vermişlər.  Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə kütləvi informasiya vasitələri  üzərində ləğv edilib, media işçilərinə dövlət qayğısının təməli qoyulub. Sevindirici haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir.
Çıxış edənlər ölkəmizdə yüzlərlə qəzet və jurnalın nəşr edilməsini, çoxlu sayda televiziya kanallarının, informasiya agentliklərinin, saytların fəaliyyət göstərməsini demokratiyanın mühüm göstəricisi kimi dəyərləndirmişlər.
Qeyd olunmuşdur ki, 1931-ci ildən nəşr olunan “Şəlalə” qəzeti rayonun, eləcə də bölgənin sosial-iqtisadi və mədəni həyatının işıqlandırılmasında yaxından iştirak edir. 
Sonda qəzetin bir qrup əməkdaşına rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunmuşdur.

Keçidlər