Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Təhsil işçilərinin konfransı keçirilib

03 oktyabr 2016 | 16:00

Sentyabrın 9-da rayon Təhsil Şöbəsi tərəfindən rayon təhsil işçilərinin növbəti  konfransı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra konfrans 2 nömrləli məktəbin akt zalında davam etmişdir.  Konfransda  Təhsil Nazirliyinin nümayəndəsi Əsgər Quliyev, rayon rəhbərliyi, məktəb direktorları, təhsil işçiləri, qabaqcıl müəllimlər, yüksək bal toplayan məzunlar və rayon ziyalıları iştirak etmişlər.Tədbiri giriş sözü ilə açan rayon Təhsil Şöbəsinin müdiri Məmməd Xasiyev  2015-2016-cı tədris ilində görülən işlər, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yüksək nəticə əldə etmiş məzunlar, məktəblərdə cari və əsaslı təmir işləri barədə ətraflı məlumat vermişdir.
Konfransda çıxış edənlər rayonda təhsil sahəsində olan yeniliklərdən, rayon ümumtəhsil məktəblərindən məzun olanların buraxılış imtahanlarında göstərdikləri nəticədən, ümumtəhsil müəssisələrində təmayülləşmə,məktəbəhazırlıq qruplarının açılması,dərsliklər və digər aktual məsələlərdən söz açmış, həmçinin 2016/2017-ci dərs ilində qarşıda duran məsələlərin həlli yolları müzakirə olunmuşdur.

Keçidlər