Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Multikulturalizm ili” mövzusunda dəyirmi masa keçirilib

11 noyabr 2016 | 16:00

Noyabrın  11-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində  “Multikulturalizm ili” mövzusunda dəyirmi masa keçirilmişdir.
Rayonda yaşayan müxtəlif xalqların nümayəndələrinin də iştirak etdiyi tədbiri giriş sözü ilə açan icra hakimiyyət ibaşçısının müavini Vəfa Heydərova Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini xatırlatmış, ölkəmizdə uğurla həyata keçirilən multikulturalizm siyasətindən danışmış, Azərbaycanın əsrlər boyu müxtəlif mədəniyyətlərin, sivilizasiyaların təmas və ünsiyyət mərkəzi olduğunu vurğulamışdır.
Sonra tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müəllimi, tarix üzrə fəlsəfə doktoru Qüdrət Qırtımov çıxış edərək bildirmişdir ki, multikultural və tolerant dəyərlərin, ənənələrin qorunub saxlandığı şimal-qərb bölgəsində hələ qədimdən müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları mehriban şəraitdə yaşamış və birgə fəaliyyət göstərmişlər. Bu rayonlarda yaşayan xalqların artıq ümumi mədəniyyəti, mətbəxi, adət-ənənələri formalaşmışdır.
Müzakirələrlə davam edən tədbirin sonunda iştirakçıların sualları cavablandırılmışdır.

Keçidlər