Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Milli Dirçəliş Günü qeyd olunub

17 noyabr 2016 | 16:00

Rayonda 17 noyabr- Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
           Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Vəfa Heydərova 1988-ci il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarına dolayısı ilə dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda xalqın etiraz aksiyalarının ümummilli mitinqlərlə nəticələndiyini bildirmişdir. Qeyd etmişdir ki, əslində Azərbaycanda dirçəliş hərəkatı ötən əsrin 80-ci illərindən deyil, Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyəti dönəmində başlanmış, ütün çətinliklərə baxmayaraq məhz Ulu Öndərin apardığı məqsədyönlü, uzaqgörən siyasət nəticəsində Azərbaycanda hərbi məktəb formalaşmış, yüzlərlə gənc xaricdə təhsil almışdır. Müstəqilliyinin bərpasından sonra böhran, anarxiya içərisində boğulan dövlətimiz Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yenidən dirçəldi. Bütün sahələrdə tez bir zamanda islahatlar aparıldı. Bu siyasi kurs bu gün Ulu Öndərin laiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın bütün bölgələrində, o cümlədən rayonumuzda  da çox böyük infrastruktur, tikinti-quruculuq işləri uğurla aparılır. 
        Çıxışlarda Milli Dirçəliş Gününün tarixi və əhəmiyyəti barədə geniş bəhs edilmişdir.

Keçidlər