Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

06 yanvar 2017 | 16:00

       Respublikamızın hər bir guşəsində olduğu kimi, rayonumuzda da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunmuşdur. Əlamətdar bayramlar münasibətilə dekabrın 29-da şəhərin mərkəzindəki meydanda ümumrayon şənliyi keçirilib.
       Bayramsayağı bəzədilən meydanın mərkəzində qurulan hündür küknar ağacının ətrafında keçirilən tədbirdə RİH-in başçısı Musa Şəkiliyev yola saldığımız 2015-ci ilin ölkəmiz, həmçinin rayonumuz üçün bir çox əlamətdar hadisələrlə yadda qaldığını  vurğulayaraq rayon ictimaiyyətini təbrik etmişdir.
      Yeni ilin personajları Şaxta baba ilə Qar qızının meydana gəlişi bayram iştirakçılarının, xüsusilə uşaqların böyük sevincinə səbəb olub. Şaxta baba və Qar qızı şənlik iştirakçılarına Yeni il arzularını çatdırıb, uşaqları bayram hədiyyələri ilə sevindiriblər.
      Bayram şənliyi rayonun musiqi və rəqs kollektivlərinin konserti  ilə başa çatmışdır.

Keçidlər