Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Məktəbliləri qərb bölgəsində maraqlı ekskursiyalar gözləyir

17 mart 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində  rayon məktəblilərinin bir qrupu martın 16-da səhər saatlarında Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə respublikamızın qərb bölgəsinə yola salınıb.
Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılan abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.         
Yola salma mərasimində rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, ölkəmizdə yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, onlara göstərilən yüksək dövlət qayğısından bəhs etmiş, belə layihələrin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulamışdır.
Bildirmişdir ki, Qax məktəbliləri tur-aksiyanın əvvəlki mərhələlərində ölkəmizin şimal və cənub bölgələrinin tarixi məkanları ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Bu mərhələdə isə onları respublikamızın qərb bölgəsində maraqlı ekskursiyalar gözləyir.
Tur-aksiyada iştirak edən İlisu kənd tam orta məktəbin 10-cu sinif şagirdi Ramilə Seydəliyeva, Cəlayir kənd məktəbinin 10-cu sinif şagirdi Hüseyn Heydərov, Qax şəhər 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Zeynəb Aslanova, şəhər 5 nömrəli məktəbin 10-cu sinif şagirdi Çələbi Məcid layihədə iştirak etdiklərinə görə qürur hissi keçirdiklərini bildirmiş, onlara belə layihə hədiyyə etdiyinə görə Qax məktəbliləri adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla Gəncə şəhərinə yola düşüblər.

Keçidlər