Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Kitab bayramı keçirildi

16 may 2017 | 16:00

Mayın 16-da  rayon Mədəniyyət və Turizm şöbəsi və C.Cabbarlı adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə 9-cu ənənəvi Ümumrespublika Kitab Bayramı keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən kitab bayramında İctimaiyyət nümayəndələri, ziyalılar, kitabsevərlər iştirak etmişlər. 
Tədbirdə  rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəfa xanım Heydərova Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə artıq 9-cu dəfədir ki keçirilən ənənəvi kitab bayramlarının əhəmiyyətindən danışmış,  kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik etmiş, bilik mənbəyi olan kitabın daha geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışdır.
Çıxış edənlər kitab bayramlarının uşaq və yeniyetmələrin, gənclərin mütaliəyə olan maraqlarının artmasına köməklik  göstərdiyini söyləmişlər.
Daha sonra tədbir məktəblilərin vətənpərvərlik ruhunda ifa etdiyi mahnı və şeirlərlə davam etmişdir.
          Sonda bir qurup fəal oxucuya qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər