Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Milli Qurtuluş Günü şərəf tariximizdir

20 iyun 2018 | 16:00

        Azərbaycan xalqı öz milli qurtuluş mübarizəsinin tarixini yad edərkən, ilk növbədə, bu tarixin yaradıcısı, ümummilli lider Heydər Əliyevi xatırlayır, Ulu Öndərin ölməz ruhu qarşısında baş əyir, ölkəmizin qüdrətlənməsi və müstəqilliyimizin qorunub möhkəmlənməsində onun siyasi kursuna arxalanır. 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub.
        Bu fikirlər 15 İyun – Milli Qurtuluş Günü münasibətilə şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktiki konfransda səsləndirilib.
       Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
      Konfransı giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev 1993-cü ilin iyununda Azərbaycanda baş verən ictimai-siyasi proseslərə geniş nəzər salmış, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında Heydər Əliyevin tarixi xidmətlərini bir daha xatırlatmışdır. Vurğulamışdır ki, 1993-cü ilin iyununda Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlətçiliyində həlledici dönüş baş vermiş, ölkənin qarşısında duran problemlər mərhələlərlə həll olunmağa başlamış, ayrı-ayrı şəxslərə, siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilmiş, ölkədə əmin-amanlıq, siyasi sabitlik yaranmışdır. Qeyd etmişdir ki, müstəqil Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində dünyanın qüdrətli və zəngin ölkələrindən birinə çevrilmişdir.
         Çıxış edənlər Azərbaycanın 25 il əvvəl, iyunun 15-dən başlanan yüksəlişin bu gün də davam etdiyini vurğulayıblar.
         Konfransda 1993-cü ilin iyun hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.
         Milli Qurtuluş Günü münasibətilə  Mədəniyyət Mərkəzində respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti təşkil edilib.

 

Keçidlər