Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda bölgənin mətbəx nümunələri nümayiş olunmuşdur

26 noyabr 2018 | 16:00

     Noyabrın 25-də rayonun Mədəniyyət Mərkəzində təşkil olunan bayram
tədbirində Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarının milli mətbəxinə aid nümunələr, həmçinin xalq sənətkarlarının, tətbiqi sənət ustalarının əl işləri nümayiş etdirilmişdir.
      RİH başçısının müavini Vəfa Heydərova, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova və rayonlardan dəvət olunmuş qonaqlar əvvəlcə bölgə kulinarlarının hazırladıqları milli mətbəx nümunələrinin nümayiş etdirildiyi sərgilərlə tanış olmuş, burada sərgilənən Qax mətbəxinə aid xəmir xörəkləri, müxtəlif növ plov, dolma və digər milli yeməklər, qaxac olunmuş ətdən hazırlanan xörəklər, həmçinin Şəki, Zaqatala, Balakən və Oğuz mətbəxindən nümunələr tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.
     Bayram tədbiri sonra Mədəniyyət Mərkəzinin zalında konsert proqramı ilə davam etmişdir. Tədbirdə çıxış edən Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə məsləhətçisi Dilarə Əzizova bölgənin milli mətbəxinin təbliği və tanıdılması baxımından belə tədbirlərin mühüm əhəmiyyət daşıdığını bildirmiş. Həmçinin o qeyd etmişdir ki, zəngin mətbəxi ilə seçilən Qax rayonunda “Milli mətbəx bayramı”nın keçirilməsi artıq ənənəyə çevrilmişdir.

 

Keçidlər