Qaşqaçay kəndininin sakinləri ilə görüş keçirilib
11 iyun 2019-cu il tarixdə rayonun Qaşqaçay kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur.
Müraciətlər lizinq yolu ilə cins malın alınmasına köməklik göstərilməsi, kənd uşaq bağçasında elektrikli plitənin təmirinə köməklik göstərilməsi və kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.