Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Zərnə kəndininin sakinləri ilə görüş keçirilib

18 fevral 2020 | 16:00

18 fevral 2020-ci il tarixində Qax rayonu Zərnə kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur. Müraciətlər kəndin yuxarı hissəsinə içməli su xəttinin çəkilməsi, kənddəki qəzalı elektrik direktlərinin dəyişdirilməsi və transformatorun təmir olunması, həyətyanı torpaq sahələrindən keçən elektrik xətlərinin dəyişdirilməsi, kənd yolunun qalan hissəsinə də asfalt örtüyünün çəkilməsi   ilə bağlı  olmuşdur.
       Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Keçidlər