Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Xocalı faciəsi rayonumuzda da anılıb

27 fevral 2020 | 16:00

Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsindən 28 il ötür. Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsinin ildönümü rayonumuzda da silsilə tədbirlərlə qeyd olunmuşdur.Tədbirlər planına uyğun olaraq, rayonun müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında anım tədbirləri, konfranslar keçirilmiş, sərgi və guşələr təşkil edilmişdir.
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 26-da keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərimizin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər
Sonra tədbir iştirakçıları YAP rayon təşkilatının inzibati binasının foyesində məktəblilərin Xocalı mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar.
Rayonun rəhbər işçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Anım tədbirini rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, erməni millətçilərinin keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə 28 il əvvəl Xocalıda törətdikləri qırğının acı nəticələri barədə danışmışdır. Bildirilib ki, ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Xocalı haqqında həqiqətlərin üzə çıxarılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün hazırda Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atılır.
Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərovanın “Xocalı qətliamı insanlığa qarşı yönəlmiş amansız cinayətdir” mövzusunda məruzəsində erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən ətraflı bəhs edilmiş, Xocalı faciəsinin dəhşətli nəticələri konkret faktlarla diqqətə çatdırmışdır.
Sonda mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər