Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonumuzda Koronavirus pandemiyasına qarşı bir sıra qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir

03 aprel 2020 | 16:00

          Rayon ərazisində Rayon İcra hakimiyyətinin vəzifəli şəxsləri, rayon Polis Şöbəsinin əməkdaşları, o cümlədən müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələri, könüllülərdən ibarət maarifləndirmə qrupları tərəfindən mütəmadi olaraq Koronavirus pandemiyası (COVID-19) ilə bağlı sakinlərlə maarifləndirici söhbətlər aparılır, eyni zamanda karantin rejiminin tələblərini pozan şəxslərə qarşı cərimə tətbiq edilir.
Xüsusi karantin rejimini pozanlara evdə qalmaları, çölə çıxmamalarının həm özləri, həm də digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi bir daha vurğulanır. Həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.
Fəaliyyət göstərməsinə icazə verilmiş obyektlər istisna olunmaqla, digər ictimai iaşə müəssisələrinin işləməsi karantin rejiminə uyğun olaraq dayandırılmış və rejim qaydalarının pozulmaması üçün rayon rəhbərliyi  tərəfindən onlara nəzarət olunur.
Əhalinin intensiv hərəkət etdiyi ərazilərdə, prospekt və küçələrdə,  ticarət obyektlərinin ətrafında, avtovağzal ərazisində, çoxmərtəbəli yaşayış binalarının həyətlərində və bloklarında davamlı olaraq  dezinfeksiya işləri davam etdirilir. Habelə rayon  Kommunal Müəssisələr Kombinatı tərəfindən məişət tullantıları konteynerlərinin də mütəmadi yuyulması və dezinfeksiya olunması təmin edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon  şöbəsinin sosial xidmət işçiləri və İnzibati Ərazi Dairələrində yaradılmış könüllü qruplar  tərəfindən tənha yaşayan, həmçinin yaşı 65-dən yuxarı olan vətəndaşlara evlərində sosial xidmətlər göstərilir. Onlara ərzaq və əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində, məişət tullantılarının atılmasında  və s. köməklik göstərilir.
Rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri də əhalini maarifləndirmək üçün təbliğat xarakterli müxtəlif layihələr həyata keçirirlər. Belə ki, könüllülər tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətinə icazə verilmiş obyektlərin girişində məlumatlandırma xarakterli elanlar yerləşdirilir, maarifləndirici bukletlər paylanılır.
Rayon sakinləri dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər və  məqsədyönlü işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirir.
Rayon sakinlərindən bir daha Nazirlər Kabineti Yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə əməl etmək, karantin rejiminin tələblərini pozmamaq xahiş olunur.

Keçidlər