Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Koronavirus əleyhinə tədbirlər artırılıb

07 aprel 2020 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir. Epidemiya ilə bağlı tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür.
Rayon ərazisində fəaliyyət göstərən qeyri-ərzaq və kənd təsərrüfatı təyinatlı ticarət obyektləri, istirahət parklarına giriş tam məhdudlaşdırılmışdır. İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemiologiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən  şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında gündəlik dezinfeksiya işləri aparılır.

Keçidlər