Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rejimin sərtləşməsi insanların sağlamlığı üçündür

04 iyun 2020 | 16:00

Son aylarda bütün dünyanı bürüyən COVID-19 pandemiyası insanları bəşəri sınaq qarşısında qoyub. Hər bir ölkə  vətəndaşlarını böhrandan az itki ilə çıxartmaq üçün öz strategiyasını, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və metodlarını tətbiq edir. Hökümətimiz də pandemiyanın ilk günlərində qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində  vəziyyəti nəzarət altında saxlamağa nail oldu.  
          Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün siyasət və atılan zəruri addımlar öz bəhrəsini verdi. Belə ki,  vətəndaşlara ayrılan sosial yardımlar, vergi güzəştləri, sahibkarlara dəstək vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət etdi. Koronavirusa qarşı aparılan mübarizədə nümayiş etdirilən müsbət və inamlı nəticələr onu sübuta yetirdi ki, bu gün Azərbaycan dövləti yalnız öz mənbələri hesabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planını həyata keçirməyə, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyi verməyə qadirdir. Ölkə rəhbəri və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən işlər, əldə edilən uğurlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirildi.
       Möhtərəm Prezident İlham Əliyevin koronovirus pandemiyasına qarşı həyata keçirdiyi siyasət bölgələrdə də ciddi şəkildə yerinə yetirilir. Rayonumuzda da təxirəsalınmaz  tədbirlər hazırlanaraq həyata keçirilir. Rayon İcra Hakimiyyətinin başçısının sədrliyilə Nazirlər Kabineti yanında Operativ  Qərargahın tələb və qaydalarına yerlərdə əməl olunmasının təmin edilməsi məqsədilə vaxtaşırı onlayn müşavirələr keçirilir və
müşavirələrdə  qərarların yerlərdə icrası vəziyyəti müzakirə olunur.
Terminallar və bankomatlar, əhalinin intensiv hərəkət etdiyi ərazilər, prospekt və küçələr, ticarət və xidmət obyektləri, çoxmənzilli yaşayış binaları mütəmadi olaraq  dezinfeksiya olunur. 
Patrul və monitorinq qrupları tərəfindən  rayon ərazisində fəaliyyət göstərən  ictimai iaşə obyektlərinin və xidmət sahələrinin Operativ Qərargahın tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi daim nəzarətdə saxlanılır. O cümlədən,  əhalinin intensiv hərəkət etdiyi ərazilərdə, ticarət obyektlərində davranış və gigiyena qaydaları haqda məlumatlandırma xarakterli elanlar yerləşdirilmiş, maarifləndirici bukletlər paylanılmış və bu işlər nəzarətdə saxlanılır.
Əhalinin sağlamlığının qorunması istiqamətində qabaqlayıcı tədbirlərin müsbət nəticə verməsi ilə aprelin 27-dən Azərbaycanda da karantin rejiminin yumşaldılmasına, rejimdən mərhələli şəkildə çıxmağa başlanıldı. Görülən tədbirlərə baxmayaraq bütün dünyada olduğu kimi, Azərbaycanda da hər gün yeni yoluxma halları qeydə alınmaqda davam edir. Xüsusən, dəfələrlə ölkə başçısının xəbərdarlığına baxmayaraq karantin rejiminin yumşaldılması ilə son günlərdə  vətəndaşlar arasında laqeydlik, arxayınlaşma yaranır. Bəzi hallarda tibbi maskalardan, qoruyucu vasitələrdən  istifadə azalır, sosial məsafə qorunmur. Karantin rejiminin qaydaların əməl edilməməsi vətəndaşların sağlamlığının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin səmərəliliyini təhlükə altında qoymamaq üçün  karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təkliflər hazırlanması günün tələbidir.
Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsinin həftə sonları COVİD-19-a daha çox yayılmanın qeydə alındığı Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində, Abşeron rayonunda küçəyə çıxmanın məhdudlaşdırılması təklifi hər bir vətəndaşın təhlükəsizliyinin qorunması və infeksiyanın nəzarətdən çıxmaması və vəziyyətin yenidən müsbət tendensiyaya dönməsi üçün vacib addımdır. Məqsəd epidemioloji vəziyyətin yenidən müsbət tendensiyaya dönməsi, vətəndaşların sağlamlığının qorunmasıdır. Ölkədə kifayət qədər ərzaq ehtiyatı var, həmçinin maskaların və tibbi spirtin yerli istehsalı təşkil olunmuşdur. Odur ki,  həftə sonlarında 2 günlük qapama vətəndaşlarımızda heç bir narahatçılıq yaratmamalıdır.
Dövlətimiz öz üzərinə düşəni layiqincə yerinə yetirir, növbə ölkə vətəndaşlarınındır. Hər bir vətəndaş şəxsi məsuliyyətini hiss etməli, Operativ qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixdə Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsindən bütün vətəndaşlar nümunə götürməlidirlər.

 

"Qax rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin ASM-in müdiri

Cəmaləddin Hacıyev

Keçidlər