Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda 9-cu siniflərin buraxılış imtahanları keçirildi

18 iyun 2020 | 16:00

Bu gün  Dövlət İmtahan Mərkəzi tərəfindən respublikanın 20 şəhər və rayonunda, o cümlədən rayonumuzda da IX siniflər üzrə buraxılış  imtahanı,  Azərbaycan dilindən fərqli dildə təhsil alan cari və əvvəlki illərin 9-cu və cari ilin 11-ci sinif məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanı keçirilib.
İmtahanın keçirildiyi şəhərin 2, 4 və 5 saylı tam orta məktəblərində pandemiya dövrünün tələblərinə uyğun olaraq əvvəlcədən zəruri profilaktik tədbirlər görülmüşdür. Məktəb  binalarında, imtahan zallarında dezinfeksiya işləri aparılmış, şagirdlərin rahat  şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılmışdır. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə təcili tibbi yardım və  yanğınsöndürmə briqadaları cəlb edilmişdir.
  Rayon üzrə 571 nəfər IX sinif şagirdindən 569 nəfəri imtahanda  iştirak etmişdir. Onlardan 25 nəfəri rus, 62 nəfəri gürcü, 482 nəfəri Azərbaycan bölməsinin şagirdləridir.  İmtahanda iştirak edən 2 nəfər şagird evdə təhsilə cəlb olunan şagirdlərdir. 1 nəfər şagird isə eksternat qaydada imtahan vermişdir.
          Azərbaycan dilindən fərqli dildə təhsil alan XI sinif məzunlarının sayı 81 nəfərdir. Onlardan 17 nəfəri rus, 64 nəfəri isə gürcü bölməsinin məzunlarıdır.
Üzürlü səbəbdən IX sinif şagirdindən 2 nəfər, XI sinif şagirdlərindən isə 1 nəfər  şagird imtahanda iştirak edə bilməmişdir. Onların arayışları DİM-ə təqdim olunmuşdur.
11:00 da başlanan imtahana buraxılış rejimi 10:45-də başa çatmışdır. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb.  İştirakçıların imtahana tibbi maska ilə gəlməsinə və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə edilməsinə, tibbi maskalardan bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmasına nəzarət edilmişdir. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
 

 

Keçidlər