Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Bu ilin əvvəlindən rayonda 12 subartezian quyusu qazılıb

21 iyul 2020 | 16:00

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2020-ci il 16 aprel tarixli Sərəncamının icrası olaraq, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən bu il  rayonumuzda 17 subartezian quyusunun qazılması nəzərdə tutulub. Sərəncamın icrası olaraq, indiyədək rayonun kəndlərində 12 subartezian quyusunun qazıntısı işləri artıq yekunlaşıb və hazırda avadanlıqların quraşdırılması həyata keçirilir. Bu günlərdə rayonun Marsan kəndində də yeni subartezian quyusunun qazılmasına başlanılıb.
       Yaxın vaxtlarda digər yaşayış məntəqələrində də yeni subartezian quyularının qazıntısı işləri həyata keçiriləcək. Quyuların hamısının cari ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Bu quyuların istismara verilməsi nəticəsində 28 min nəfərdən çox əhalinin yaşadığı 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək.

Keçidlər