Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirilib

27 iyul 2020 | 16:00

İyulun 23-də Prezident İlham Əliyevin rəhbərliyi ilə su təsərrüfatının  vəziyyətinə həsr olunmuş müşavirə keçirilmişdir.       
  Müşavirədə müzakirə olunan məsələlər, qarşıya qoyulan konkret tələblər bir daha sübut edir ki, su  ölkədə milli təhlükəsizlik və strateji əhəmiyyət üçün vacibdir. Bu baxımdan su ilə bağlı  mövcud problemlərin həlli gecikdirilə bilməz.
        Müşavirədə geniş nitqlə çıxış edən dövlət başçısı qeyd etdi ki, respublikamızda bütün infrastruktur layihələrinin ardıcıl şəkildə icra edilməsi  nəticəsində  sürətli inkişafa nail olunub. İnfrastruktur layihələri arasında isə su layihələrinin xüsusi yeri vardır. Əgər biz bu layihələri icra etməsəydik, bu gün ölkəmizin dayanıqlı inkişafı mümkün ola bilməzdi.      
      Dövlət başçısı nitqində  ölkədə 30-dan çox elektrik stansiyanın olduğunu və bu stansiyaların  enerji təhlükəsizliyini təmin etdiyini bildirdi. Cənab Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan elektrik enerjisi ilə özünü təmin etdir və eyni zamanda ixrac da edir.  Bununla yanaşı, ölkəmizdə qazlaşdırma 96 faizə çatıb və bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Ölkəmizin nəqliyyat infrastrukturu böyük dərəcədə müasirləşib.  Təsadüfi deyildir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir.
        Dövlət başçısı ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələrinin də xüsusi əhəmiyyət kəsb ediyini bildirərək qeyd etdi ki: “2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində olduğu halda, bu gün 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idisə, bu gün bu rəqəm təxminən 82 faizdir. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idisə, bu gün bu rəqəm 63 faizdir. Ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir ki, biz istədiyimizə tam nail ola bilməmişik. Buna görə bundan sonra içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq. Bugünkü müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi işlənib təqdim edilsin və biz ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planımızı icra edək. Bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır”.
      Cənab Prezident İlham Əliyev onu da əlavə etdi ki, Suvarma suyu ilə bağlı görülmüş işlər də diqqətəlayiqdir. Əgər bu işlər görülməsəydi vəziyyəti çox ağır ola bilərdi. Bu gün bir neçə layihə, həm içməli su layihəsi, həm də suvarma suyu layihəsi kimi xidmət göstərir. Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir. Bu kəmərin çox böyük əhəmiyyəti var. İlk növbədə, böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılır. Bu su kəməri sırf yerli mənbə üzərində inşa edilmiş böyük layihədir.  Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Taxtakörpü su anbarının xüsusi əhəmiyyəti ondadır ki, Samur çayının suları orada yığılır, təbii yollarla təmizlənir və beləliklə yeni bir rezervuardan Ceyranbatan anbarına su gəlir.  Bu böyük su hövzəsi olmasaydı, bu gün Bakını içməli su ilə təmin etmək olmazdı. Eyni zamanda, bu, Şabran, Siyəzən, Xızı rayonlarında suvarılan əkin sahələrini böyük dərəcədə artırıb. Buradan su təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir.  Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir.  Layihə başa çatanda bu təmizləyici qurğu dünyanın ən böyük təmizləyici qurğusu hesab olunurdu. Əsas məsələ odur ki, Bakı şəhərinə keyfiyyətli suyun verilməsi artıq mümkün olub.
      Şəmkirçay su anbarı əhəmiyyətlidir, anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır. Orada əkin sahələri genişləndirilir. Beləliklə, Taxtakörpü şimal zonasının, Bakının, Şəmkirçay qərb bölgəsinin su ilə təminatında mühüm rol oynayır.
      Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir”.
      Bununla belə cənab  Prezident İlham Əliyev  hələ də bu sahədə çatışmazlıqların olduğuna diqqət çəkdi: “Keçən il yaşanan quraqlıq onu göstərdi ki, böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Xərclərə nəzarət çox aşağı səviyyədədir”.
       Suyun çatışmazlığı ölkə iqtisadiyyatına, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə  böyük ziyan vurur. Halbuki bu il taxılçılıqda və pambıqçılıqda məhsuldarlıq daha yüksək olmalı idi.
       Dövlət başçısı həmçinin qeyd etdi ki,  suya qənaət olunmalı, qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalı, yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq mühafizə orqanları bu işlərə cəlb edilməlidir. İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlərin icra olunmasını nəzərə çatdıran cənab Prezident bildirdi ki: “ İtkilərin əsas mənbəyi torpaq kanallardır. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir”.
          İçməli su, meliorasiya layihələrinə böyük vəsait qoyulduğunu vurğulayan cənab Prezident  boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalardan istifadə olunmasını, su ehtiyatlarının qiymətləndirilməsində və bütün digər işlərdə alimlərin, ekologiya üzrə mütəxəssislərin bu işlərə cəlb edilməsini tapşırdı.
Hazırda  22 kanalın yenidən qurulması nəzərdə tutulur. Bunun nəticəsində təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatı tam həll ediləcəkdir. Cənab Prezident həmçinin su sahəsində  işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizminin işlənməsinin vacibliyini vurğuladı: ”Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum var - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlara bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər aradan qaldırılsın”.

Keçidlər