Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib

16 oktyabr 2020 | 16:00

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 14-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib.
         Müsahibəsində cənab Prezident bildirib ki son günlərdə Ermənistan Silahlı Qüvvələrinin döyüş meydanında agır məğlubiyyətə uğraması səbəbindən düşmən çirkin əməllərə əl atır. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeyə çevrilib. Azərbaycan xalqı bütün bunları Xocalı soyqırımının timsalında görüb.
Müharibənin ilk günündən düşmən münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyir. Bütün bunların nəticəsi olaraq Ermənistan öz ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tutur və cavab atəşinə təhrik edir.
Bu, Ermənistanın növbəti terror aktıdır deyən dövlət başçısı əminliklə bildirdi ki: “Bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, torpaqlarımızı azad edəcək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracaq”.
Bugün Azərbaycanın bu haqq işini qardaş Türkiyənin hər zaman olduğu kimi,  açıq və birmənalı dəstəklədiyini deyən ölkə başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və digər yüksək səviyyəli vəzifəlilərin açıqlamalarını bir daha qardaşlıq mövqeyinin təzahürü olduğunu vurğuladı. Türkiyə ilə yanaşı Pakistan da Azərbaycanın haqq işini dəstəkləyir. Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək müsbət açıqlama verib.
Müsahibəsində Ali Baş Komandan əldə olunmuş atəşkəsə toxunaraq onu da bildirib ki atəşkəs imkan verəcək ki, bu məsələ diplomatik müstəvidə danışıqlar masası arxasında həll olunsun. Ermənistan işğal altında olan digər torpaqlardan çəkilsin, Azərbaycan vətəndaşları oraya qayıtsın və bölgədə sülh yaransın.
Lakin görünən odur ki Ermənistanın planları tam başqa cürdür. Onlar  bu atəşkəsdən istifadə edərək öz hərbi məğlubiyyətlərini bir qədər azaltmaq və  vaxt qazanmaq istəyir, yeni qüvvələr səfərbər edərək Azərbaycana qarşı təxribat xarakterli hücumlar etməyi düşünürlər. Bütün bunlar hamısı onların yanıldığını göstərir.
          Moskva anlaşmasında Azərbaycanın maraqlarına cavab verən maddələrlə yanaşı Azərbaycan üçün  məqbul olmayan bəzi maddələr o açıqlamaya salınmaq istənmişdi. Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi də o idi. Bundan Azərbaycan tərəfinin xəbəri olmayıb. Xarici İşlər naziri Moskvaya gələndə və artıq müzakirə masasına əyləşəndə hər iki nazirə təkliflər verilib.
Ermənistanın Qarabağdan çəkilməsi üçün təqvimlə əlaqədar Azərbaycan tərəfinin mövqeyini bir qədər yumşaltdığını qeyd edən Preziden İlham Əliyev bildirib ki: “Bu, o demək deyil ki,  təqvim olmayacaq, bu, olacaq. Ancaq nə zaman? Artıq müzakirə prosesi çərçivəsində. O açıqlamada göstərildi ki, müzakirələr baza prinsipləri, yəni Madrid prinsipləri əsasında bərpa edilir ki, o da işğal altındakı torpaqlarımızın Azərbaycana qaytarılmasını təsbit edir”.
Hazırda danışıqlar formatı dəyişməz olaraq qalır. Yəni, danışıqlar Ermənistan və Azərbaycan arasında aparılacaq. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın hər hansı bir nümayəndəsinin bu danışıqlarda iştirakı nəzərdə tutulmur. Ermənistanın göstərdiyi cəhdlər isə yersizdir və onların özləri üçün zərərlidir. Çünki birinci növbədə heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqilliyini tanımayacaq. Belə olan halda, bu cəhdlər səmərəsizdir.
Bugün Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Minsk qrupuna həmsədrlik edən ölkələr, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri” adlı sənəd mövcuddur. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə dəstək göstərilir. Bu o deməkdir ki hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanıya bilməz.
Ölkə başçısı bildirib ki məsələ sülh yolu ilə həll olunarsa birinci mərhələdə işğal olunmuş rayonlardan erməni silahlı qüvvələri çıxarılır. Prinsip etibarilə bu məsələ artıq Minsk qrupu çərçivəsində təsbit edilib, - beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın özündən, Şuşadan, Xankəndidən, - orada bir çox kəndlərdə azərbaycanlılar yaşayıb, - Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində.
Həmçinin Azərbaycanın Qarabağda yaşayan ermənilərlə əlaqədar mövqeyində dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır. Buna görə Dağlıq Qarabağda yaşayan ermənilərin narahatlığına əsas yoxdur deyən cənab Prezident qətiyyətlə bildirdi ki: “Onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq”.
Hər bir müharibə sülh ilə nəticələnir.  indi müharibədən sonrakı mərhələyə də baxmalıyıq deyən ölkə başçısı  Əgər hər iki tərəf güclü siyasi iradə nümayiş etdirərsə və beynəlxalq təşkilatlar bu məsələdə kömək edərsə, buna nail olmağın mümkünlüyünü vurğuladı. Təbii ki bu  qədər də asan proses deyil. Ancaq bütün tərəflər çalışmalıdır ki buna nail olsunlar.
Bu gün Azərbaycan artıq tam başqa bir ölkədir! Bu gün Azərbaycanda yeni vətənpərvər nəsil , həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişib. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Azərbaycanın güclü iradəsi və güclü ordusu var.
Ermənistan nə qədər xain hücumlar etsə də Azərbaycan xalqını haqq yolundan döndərə bilməz! Ermənistanın məqsədi Azərbaycanı dayandırmaqdır. Düşmən anlamalıdır ki Azərbaycan xalqı bütün işğal altındakı torpaqlarımızı azad edərək orada bayrağımızı qaldıracaq və sona qədər bu yolu gedəcəkdir. 
Azərbaycanın icazəsi olmadan hər hansı bir ölkənin sülhməramlıları Qarabağa göndərilə bilməz! Sülhməramlıların bölgəyə göndərilməsi hər iki ölkənin - Ermənistanın və Azərbaycanın razılığı əsasında olmalıdır. Əgər hər hansı bir ölkə veto qoyarsa, bu, ola bilməz. Həmçinin bu ərazilər Azərbaycanın ərazisi kimi tanındığından  hər hansı ölkənin sülhməramlılarını Azərbaycana göndərməsi  qanuna və beynəlxalq hüquqa ziddir.
Sülhməramlıların göndərilməsi ən son mərhələdə nəzərdə tutulur. İlk növbədə, torpaqlar boşaldılmalı, məcburi köçkünlər qaytarılmalı, sərhədlər açılmalı, nəqliyyat və ticarət əlaqələri qurulmalıdır. Ancaq bundan sonra sülhməramlıların gətirilməsi də istisna deyil  deyən ölkə rəhbəri bildirdi ki:”Ancaq nəzərə alsaq ki, bu 30 illik müzakirə müddətində müsbət nəticəyə yaxınlaşmadıq və bu məsələ heç müzakirə də olunmayıb. Ona görə bu məsələ ilə bağlı hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı olmadan bu, mümkün deyil”.
Müsahibəsində Minsk qrupunun tərkibinin dəyişməsinin vacibliyini bildirən Prezident İlham Əliyev  bu qurumun 1992-ci ildə yaradıldığını və bu quruma daxil olan bəzi ölkələrin bölgə ilə maraqlanmadıqlarını diqqətə çatdırdı.
De-yure ya da de-fakto Türkiyənin münaqişənin həlli istiqamətindəki masada olması çox vacibdir. Qardaş Türkiyənin bu prosesdə göstərdiyi səy alqışlanmalıdır.  Minsk qrupu ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin də hüquqi prosedurları var.
Artıq Paşinyan özünü itirib, panikaya düşüb. Paşinyan Rusiyanın Prezidenti  Vladimir Putinə gün ərzində dəfələrlə zəng edir. O, telefon zənglərinin bir hissəsi mətbuata verildi, bir hissəsi isə verilmədi. Son atəşkəsdən sonra da Paşinyan Putinə telefonla zəng edib. Onun bu hərəkətləri bir daha göstərir ki, bu adam panikaya qapılıb, təşviş içindədir. Azərbaycan Ordusu döyüş meydanında düşmənə elə sarsıdıcı zərbələr endirir ki, artıq onlar qeyri-adekvat duruma düşüblər.
Qarşı tərəfin Türkiyə də hərbi əməliyyatlarda iştirak edir ittihamlarına toxunan cənab Prezident bildirib ki, Türkiyə hərbi əməliyyatlarda iştirak etmir. Qeyd edib ki: “Türkiyənin burada iştirakı, yaxud da ki, hansısa xarici güclərin buraya gətirilməsi tamamilə yalandır. Türkiyə F-16-ları buradadır. Onlar təlim zamanı gəlmişdilər, təlimdən və erməni hücumlarından sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir. O ki qaldı, əcnəbi insanlara, o da yalandır. O, atılan iftiradır, böhtandır. Bir dənə də sübut gətirilmədi.”
Hazırda Ermənistanda isə əcnəbi terrorçular var. O cümlədən Dağlıq Qarabağda PKK-nın düşərgələri var. Əlbətdəki bunlar muzdlulardır. Azərbaycan ordusunun keçirdiyi uğurlu əməliyyatlar bizə deməyə əsas verirki Dağlıq Qarabağda bir dənə də olsun işğalçılara aid düşərgə qalmıyacaq.
Bugün Türkiyənin yaxşı inkişaf etmiş hərbi sənaye kompleksi var.  Türkiyə Azərbaycana hər zaman hərbi yardım edib və edir. Azərbaycan təkcə Türkiyədən deyil başqa ölkələrdən də o cümlədən Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən də silah alır.
Ali Baş Komandan bildirib ki, son iki həftə ərzində Ermənistan ordusunun 200-dən çox tankı məhv edilmiş, erməni ordusuna çox böyük zərər vurulmuşdur. O cümlədən 33 tank qənimət götürülmüş, hava hücumundan müdafiə sistemləri – OSA-35 məhv edilmişdir. 200-dən çox tank, 2 “S-300” hava hücumuna qarşı qurğu, bir çox başqa texnika sıradan çıxarılmışdır. TOR, KUB, KRUQ, yük avtomaşınları, tank əleyhinə silahlar məhv edilmişdir. Ümumilikdə isə düşmən ordusuna 1-2 milyard dollar dəyərində ziyan vurulmuşdur.
Bu da həqiqətdir ki Ermənistan sürətlə silahlanır. Tovuz bölgəsində toqquşmadan sonra, iyulun 16-da münaqişə dayandı, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı. Rusiyanın Ermənistanda 5 min nəfərlik hərbi bazası var. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edir.
İşğalçı Ermənistandan hər şey gözləmək olar. Tovuz bölgəsində iyul ayında baş vermiş toqquşmaların səbəblərindən biri boru xəttinə yaxınlaşmaq və onu nəzarət altına almaq idi. Onlar həmçinin yeni torpaqlar işğal etmək istəyirdilər. Ancaq bunun acı nəticəsini yaşadılar.
Ölkə rəhbəri qeyd edib ki, hər bir rəhbər, hər bir idarəçi təcrübəyə malik olmalıdır. Həqiqətən də hazırda bəzi ölkələrdə hakimiyyətə gəlmiş insanların heç bir təcrübəsi yoxdur. Paşinyan da bunlardan biridir.  Ermənistanda bu gün diktatura  hökm sürür. Paşinyan sanki küçədən gəlib. O, Ermənistanı fəlakətə aparır.
Paşinyan Beynəlxalq müstəvidə də ənənəvi müttəfiqlərlə problem yaşadı. Rusiya, Belarus və digər ənənəvi müttəfiqlərə problem yaratdı. İndi Paşinyanın ən çox ümid bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Təşkilatın nizamnaməsində yazılıb ki, əgər hər hansı bir ölkəyə xaricdən hücum olarsa digər ölkələr həmin ölkəyə yardım etsin.
Hamına məlumdur ki Paşinyanı Soros idarə edir. Ermənistanda baş vermiş bu hadisələr Sorosun növbəti məğlubiyyətidir.
Müsahibəsində müharibə nəticəsində evləri dağılmış insanların problemlərinə münasibət bildirən cənab Prezident bildirib ki,  vətəndaşların narahatlığına əsas yoxdur. Onların bütün problemləri həll ediləcək. Bütün bu baş verən hadisələr Azərbaycan xalqının nə qədər böyük bir xalq olduğunu bir daha göstərdi. Azərbaycan vətəndaşları evinə, malına zərər dəysə də Qarabağın azad olunması amalı ilə yaşayır. Azərbaycan xalqı 30 ildir ki Qarabağın həsrətini çəkir.
İndiki mərhələdə Azərbaycan yalnız irəli getməlidir. Ermənistana şans verildi. Atəşkəs olundu. Buna səbəb münaqişənin hər iki tərəfdən itkilərin az olması ilə bağlı idi.
Artıq regional məsələlərdə Azərbaycanın rolu artmaqdadır və daha da artacaq. Təbii ki, Türkiyə-Azərbaycan birliyi də daha da möhkəmlənir. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır.
        Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Prezident Rəcəb Tayyib Ərdoğanın  toqquşmaların ilk saatlarından Azərbaycana verdiyi dəstək sabitliyi qorudu. Türkiyənin Azərbaycanın yanındayam deməsi bu regionu qarışıqlıqdan xilas etdi.
Cənab Prezident müsahibəsinin sonunda Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu əks əməliyyat nəticəsində 8 kəndin düşmən işğalından azad olunduğunu diqqətə çatdırdı! Bildirdi ki, rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Keçidlər