Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edib

18 dekabr 2020 | 16:00

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekbarın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Boçimikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
      Görüşdə cənab Prezident ATƏT-in Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il ərzində bölgə və dünyadakı vəziyyətin dəyişdiyini diqqətə çatdırdı.
      Bugün həqiqətən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Status-kvo güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti  sayəsində dəyişdirilmişdir. Minsk  qrupu həmsədr ölklərinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi.
     “Hərbi variant yoxdur” deyənlər  sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər deyən Ali Baş Komandan bildirdi ki, hazırda Rusiya sülhməramlıları Dağlıq Qarabağda öz fəaliyyətinə başlayıblar. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Vəziyyət müəyyən dərəcədə sabitdir.
      Sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir. Artıq Dağlıq Qarabağ münaqişəsi  tarixə qovuşub.   


                                                     Beynəlxalq vasitəçilər haqqında

        10 il əvvəl Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri birgə bəyannamə ilə çıxış edərək status-kvonun qəbuledilməz olduğunu bildirmişdilər. Azərbaycan bəyannaməni dəstəkləsə də, müəyyən vaxtdan sonra həmsədr ölkələrin liderləri  status-kvonun onlar üçün qəbul edilən olması haqda mesajlar verdilər. 
        Ölkə rəhbəri bugünə qədər Minsk qrupunun münaqişənin həllində heç bir rol oynamadığını, halbuki bunu etmək üçün Minsk qrupunun 28 il ərzində müvafiq mandata sahib olduğunu bildirdi.
        BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə həllini tapmadı. Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etmədi. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistanı işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin belə mesaj verilmədi.
        Ermənistana ciddi sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələrini geri çəkərdi. İşğal etdiyi ərazilərin kiçik hissəsindən belə çıxarması üçün Ermənistana təzyiq olunmayıb. Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir.
        Münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib. 
Minsk qrupunun gələcək mandatı şübhəlidir və Azərbaycanla razılaşdırılmalıdır deyən cənab Prezident bildirdi ki, “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm.” 
        Bugün ATƏT-in Minsk qrupunun həmsədrləri regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yarandığını etiraf edirlər. Minsk qrupunun gələcək mandatının da Azərbaycandan asılı olduğu qəbul edilir.


                                               Azərbaycan və Ermənistan ordularının müqayisəsi


        Görüşdə həmçinin Pezident İlham Əliyev Ermənistanın döyüş meydanında məğlub olaraq  kapitulyasiya Bəyanatı imzalamağa məcbur olduğunu, Ermənistan üçün alçaldıcı kapitulyasiya imzalamasının tam məsuliyyətinin Paşinyanın diktatura rejiminin üzərinə düşdüyünü bildirdi.
        Ermənistanın əvvəlki rəhbərlərinin vaxtında nəticə olmasa da, danışıqlar gedirdi, Paşinyan  danışıqlar prosesinin formatını alt-üst etməyə cəhd etdi, onun təxribatçı hərəkətləri və bəyanatları danışıqlara tamamilə son qoydu. Paşinyanın 7 şərtinə qarşı Azərbaycanın yeganə şərti işğalçının torpaqlarımızdan çıxması olmuşdur. İkinci Qarabağ müharibəsinin gedişində də  Azərbaycan tərəfinin yeganə şərti bu olmuşdur.
        Ölkə rəhbəri görüşdə onu da bildirdi ki, “Paşinyan yalançıdır, indi də yalan danışmağa davam edir. Paşinyan  səhv etdi və layiqli cəzasını aldı. O, bu alçaltmaya layiqdir.”
        Həqiqətən də Paşinyan Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi insandır. 44 gün davam edən döyüşlərdə Ermənistan ordusu darmadağın edildi, ruhdan düşdü və artıq nəsə etmək üçün heç bir imkana malik deyildi. Sırvavi ermənilər zorla orduya cəlb edilmiş, əsgərlər qaçmasın deyə səngərlərdə   bir-birinə zəncirlənmişdi. Xüsusi şəxslər Ermənistan qoşunlarının arxasında dayanaraq qaçmağa cəhd edən öz millətinin nümayəndələrini qətlə yetirirdilər. Azərbaycan Ordusu isə bu döyüşlərdə məğlubedilməz olduğunu nümayiş etdirmiş, işğal olunmuş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində azad etmişdir.

        Üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra Azərbaycan döyüşü dayandırmışdır. Azərbaycan yalnız Vətən müharibəsi aparmışdır, etnik təmizləmə və ya başqa ölkənin ərazilərini tutmaq kimi heç bir hədəfi olmamışdır. Halbuki, Azərbaycan ordusunun potensialı buna tam imkan verir. Azərbaycan Sarkisyan və Köçəryan ordusunu məğlub etmişdir deyən Ali Baş Komandan vurğuladı ki, “ Ermənistan ordusu və demək olar ki, erməni dövləti məhv olmuş,   erməni millətçilərinin üzdəniraq “artsax” xülyaları dağıdılmışdır.” 
        Rusiya Prezidentinin müraciəti əsasında Azərbaycanın Kəlbəcərin boşaldılması üçün verdiyi əlavə 10 gün  vaxtdan ermənilər qarət, vandalizm, vəhşilik, ekoloji terror məqsədilə istifadə etmişlər. Kəlbəcərdə meşələr, su elektrik stansiyaları, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda bütün yaşayış binaları, tarixi-mədəni abidələr dağıdılmışdır.
        Gəncənin ballistik raketlə atəşə tutulması, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalması, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma hərbi cinayətlərdir. Bugün  Sarkisyan və Köçəryan hərbi cinayətkarlığı nəticəsində  mülki əhaliyə, infrastruktura, dini və mədəni abidələrə vurduğu ziyanın müvafiq təhlili aparılır. Hər bir şey sənədləşdiriləcək və  zəruri hüquqi   addımlar atılacaq.

        Düşmən həmçinin İşğal olunmuş ərazilərdə suriyalı erməniləri yerləşdirməyi planlaşdırır və onlardan muzdlular kimi istifadə edirdilər. Cənab Prezident  ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktların olduğunu da diqqətə çatdırdı. Və onu da əlavə etdi ki, “44 günlük Vətən müharibəsində xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi.Əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, onun başını dəmir yumruqla əzəcəyik. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil.”  


                                      Regionun və Azərbaycandakı erməni icmasının gələcəyi

       Cənab Prezident görüşdə Azərbaycan dövlətinin erməni xalqı ilə probleminin olmadığını, davamızın yalnız işğalçılar və  cinayətkarlarla olduğunu diqqətə çatdırdı. Əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaşı olan ermənilər təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər. Dağlıq Qarabağın erməni icmasının güzəranı Azərbaycan idarəçiliyi altında daha yaxşı olacaq. Qondarma rejim bu zamana qədər öz erməni vətəndaşlarını səfalət içində, qul kimi yaşamağa məcbur etmişdir.   
       Artıq Ağdam rayonunda Monitorinq Mərkəzi yaradılır. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür. Regiona yeni canlanma gətirilməlidir. Regionda yeni inkişaf olmalıdır deyən Ali Baş Komandan Azərbaycanın buna hazır olduğunu, Ermənistanın da regional əməkdaşlıq platformalarında təmsil olunmasının Paşinyan rejimindən, yaxud da həmin rejimi devirəcək dairələrdən asılı olacağını bildirdi.  Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər. Naxçıvanla quru əlaqəsinin yaradılması həyati əhəmiyyət kəsb edir, vacib tarixi nailiyyətdir və regionun gələcəyi ilə bağlı müzakirələr üçün yeni imkanlar yaradır.
       Sonda ölkə başçısı Beynəlxalq ictimaiyyətin Ermənistana birbaşa mesaj verməli olduğunu vurğuladı. Xəbərdarlıq etdi ki, Gələcəkdə onlar Azərbaycan xalqının hissləri ilə oynasalar,  ağır cəzadan yaxa qurtara bilməyəcəklər!

Keçidlər