Poçt və Rabitə
“AZƏRPOÇT” MMC-NİN QAX POÇT FİLİALI
Poçt uzun müddət insanlar arasında əsas və yeganə ünsiyyət vasitəsi olmuşdur. Min illər ərzində insan təfəkkürü məlumat ötürülməsi, zəruri informasiyaların çatdırılması üçün müxtəlif üsul və vasitələr icad etmişdir. Elm və texnikanın inkişafının daha dinamik inkişaf və təşəkkül tapmağa başladığı XIX əsrin sonundan etibarən isə poçtun və eləcə də rabitənin inkişafında yeni era başlamışdır. Elmi-texniki tərəqqinin praktiki nəticəssi olaraq yeni poçt xidmətləri və imkanları yaranmışdır.
Teleqramlardan tutmuş elektron poçtun meydana gəlməsinə qədər sıçrayışlı inkişafın nəticəsi olaraq insanlar arasında ünsiyyət asanlaşmış, ən əsası isə sürətlənmişdir.
Baş verən bütün məzmun dəyişikliklərinə baxmayaraq, missiyası və funksiyası dəyişməz qalmışdır. Belə ki, poçt min il bundan əvvəl olduğu kimi yenə də insanlar arasında rəsmi və təhlükəsiz məlumat ötürmə vasitəsi, ən ucuz formada bağlama və digər əşyaların çatdırma xidmətidir.
Qax Poçt Filialı Azərbaycan Respublikası Qax şəhərinin N.Nərimanov-7 ünvanında yerləşir. Ümumi olaraq 54000 nəfər əhaliyə poçt xidməti göstərir.
1996-cı ildən RİTN-nin 53 saylı əmrinə əsasən Qax Rabitə qovşağından ayrılaraq Qax Poçt Filialı olaraq fəaliyyətini davam etdirir. Özündə 19 şöbəni və 56 nəfər işçini birləşdirən bu təşkilat günü-gündən öz fəaliyyətini inkişaf etdirərək xidmət sahəsini genişləndirir. Belə ki, əhaliyə göstərilən xidmətlər – məktub, bağlama, faks, teleqraf, şəhərlərarası danışıq xidməti, kommunal və telefon haqqlarının yığımı, barat qəbulu və ödənişi, bank maliyyə xidmətləri, o cümlədən Avtomobil sığortası, Westeren UNİON və digər beynəlxalq pul köçürmələri, elektron imza və s. xidmətləri yüksək səviyyədə yerinə yetirir..
Qax- P F-nın 2 şəhər şöbəsi Qax şəhərinin ərazisində, 17 şöbəsi isə kəndlərdə poçt xidməti göstərir. Həmin şöbələrin 7-sində bank-maliyyə xidmətləri göstərilir.
Qax Poçt Filialı günü-gündən dəyişir və inkişaf edir.
RABİTƏ
Son illər Rayon Telekommunikasiya Qovşağı tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsi xeyli artmış və yüksəlmişdir. Qovşağın bütün kənd ATS avadanlıqları EATS avadanlıqları ilə əvəz olunmuş və bütün analoq tipli ATS və transimiya qurğuları yeniləşdirilmişdir. Yeni qurulmuş EATS avadanlıqlarının ildırım və kənar gərginlikdən qorunması üçün mühafizə qurğularının yeniləşməsi ilə bərabər ildırım boşaldıcıları ilə təmin olunmuşdur. Bundan əlavə qovşağın bütün KSPP kabelləri FO kabelləri ilə əvəz edilmişdir. 2011-ci ilin 6 ayında Qovşaq üzrə plan 103.1 %, 2012-ci ilin 6 ayında isə 100.9% əməl edilmişdir. 2012-ci ildə rayonun bütün yaşayış məntəqələrinin sürətli internetlə təmin edilməsi üçün 132 km uzunluğunda FO kabel xəttinin çəkilişinə başlanmışdır. Artıq şəhər mərkəzi də daxil olmaqla rayonun 20 yaşayış məntəqəsi – Əmircan, Qaxbaş, Almalı, Əmbərçay, Şotavar, Ağyazı, Əlibəyli, Qum, Marsan, Cəlayir, İlisu, Alatəmir, Oncallı, Kötüklü, Tasmalı, Qaşqaçay, Ləkit, Zəyəm, Ağçay kəndləri sürətli internet xidməti ilə təmin edilmişdir. Görülmüş işlərin nəticəsində rayon üzrə sürətli internet abunəçilərinin sayı 01.01.2012-ci il tarixə 236-dan 1527 nəfərə çatmışdır. Rayonun bütün yaşayış məntəqələrinin internetlə təmin edilməsi cari ilin oktyabr ayınadək başa çatdırılacaqdır. 2011-ci ilin 6 ayında Qovşaq tərəfindən 146 ədəd, 2012-ci ilin 6 ayı ərzində isə 75 ədəd telefon çəkilişi aparılmışdır. Telefon çəkilişindən əldə olunan gəlir 5642 manat olmuşdur. Hazırda şəhərin və kənd ərazilərinin yeni salınmış yaşayış massivlərinin telefonlaşması üçün müvafiq tədbirlər görülür.