Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ

 

              VƏTƏN  MÜHARİBƏSİ  ŞƏHİDLƏRİ

Rəsulzadə Təbriz Əfrayim oğlu 05.02.1993-cü ildə Qax rayonunun Cəlayir kəndində anadan olmuşdur. Calayir kənd tam orta məktəbinin 9-cu sinfini  2008-ci ildə bitirmiş, həmin il Cəmşid Naxçıvanski  adına Azərbaycan Ali Hərbi Litseyinə daxil olmuşdur.  2011-ci ildə həmin  litseyi bitirmiş və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuşdur. 2015-ci ildə hərbi məktəbi bitirmiş və N saylı hərbi hissədə zabit kimi xidmətə başlamışdır. Vətən müharibəsində Tərtər isdiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşcü” medalları ilə təltif olunmuşdur. 28.09.2020-ci ildə Qax rayonunun Cəlayir kəndində dəfn olunmuşdur.

 

 

Dursunov Fərid Fazil oğlu 26.07.1986-cı ildə Qax rayonunun Qorağan kəndində anadan olmuşdur. 2003-cü ildə Qorağan kənd tam orta məktəbini bitirmişdir. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuş, 2008-ci ildə həmin məktəbi bitirmişdir. 2008-ci ildən müxtəlif hərbi hissələrdə xidmət etmişdir. 2016-cı il Aprel döyüşlərində iştrak etmişdir. Kapitan Fərid Dursunov Vətən müharibəsində Kəlbəcər isdiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən   sonra “Vətən uğrunda, “Kəlbəcərin azad olunmasına görə” və “Xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur.  29.09.2020-ci ildə Qax rayonunun Qorağan kəndində dəfn olunmuşdur.

 

 

 

İsrafilov Abdulla Yadigaroviç  27.01.1997-ci il Rusya federasiyasının Vladimir vilayətində anadan olmuşdur. Qax şəhər  3 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2014-cü ildə həqiqi hərbi xidmətə cağırılmış, Daşkəsən rayonunda N saylı hərbi hissəsində xidmət etmişdir. Xidmətini bitirdikdən bir müddət sonra hərbici olmaq qərarına gəlir və 2020-ci ilin may ayında kicik çavuş rütbəsində kəşfiyyatçı-snayperçi kimi xidmətə başlayır. Vətən müharbəsində Suqovuşanın azadlığı uğrunda  gedən  döyüşlərdə  qəhramancasına  şəhid olmuşdur.  Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə   ölümündən   sonra “Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmşdur.  30.09.2020-ci ildə Qax Şəhər Şəhidlər  xiyabanında  dəfn  olunmuşdur.

 

 

Məmmədli Kənan Vəfadar oğlu 30.05.2002-ci ildə  Qax rayonunun Tasmalı kəndində anadan olmuşdur. Tasmalı kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ildə Qax Peşə Litseyinə daxil olmuşdur. 2020-ci ilin İyulunda həqiqi hərbi xidmətə cağırılmışdır. Vətən müharibəsində Suqovuşanın Çaylı kəndi istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə  ölümündən   sonra “Vətən  uğrunda” medallı ilə təltif olunmşdur.  30.09.2020-ci ildə Qax rayonunun Tasmalı kəndində dəfn olunmuşdur.

 

 

Yusifli  Məhəmməd  Rəhman oğlu  23.08.2001-ci  ildə  Qax rayonunun Almalı  kəndində  anadan olmuşdur.  2018-ci ildə Almalı kənd  tam  orta  məktəbini  bitimişdir. 2019-cu  ildə həqiqi  hərbi xidmətə  çağırılmışdır. Vətən müharibəsi  zamanı Talış-Suqovuşan  istiqamətində  gedən döyüşlərdə  qəhramancasına şəhid olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  “Vətən  uğrunda"  və  “Laçının  azad  olunmasına  görə”  medalları  ilə  təltif  olunmuşdur.  02.10.2020-ci  il  tarixdə  Qax  rayonun  Almalı  kəndində  dəfn olunmuşdur.

 

 

Babayev  Samsun  Şəmsəddin  oğlu 03.04.2001-ci  ildə  Qax rayonunun Qapıçay  kəndində  anadan  olmuşdur.  Babayev  Samsun  Qapıçay  tam  orta  məktəbini  bitirmişdir.  2019-cu  ilin  aprel  ayında  həqiqi  hərbi  xidmətə  çağırılmışdır.  Vətən  müharibəsində  Tərtər  rayonu  istiqamətində  gedən  döyüşlərdə  qəhramancasına  şəhid  olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medallı ilə təltif olunmşdur.  08.10.2020-ci  ildə  Qax  rayonunnun  Qapıçay  kəndində  dəfn  olunmuşdur.

 

 

 

Qarayev  Anar  Çingiz  oğlu  16.06.1998-ci ildə Qax rayonunun Almalı kəndində  anadan olmuşdur. 2016-ci  ildə  Almalı  kənd  tam  orta  məktəbini  bitirmişdir. Həm il  Azərbaycan  Dövlət  İqtisad  Universitetin  İqtisadiyyat  fakultəsinə daxil olmuş,  2020-ci ildə  həmin fakultəni fərqlənmə  diplomu ilə bitirmişdir.  2020-ci ilin  iyul  ayında  həqiqi  hərbi  xidmətə  çağırılmışdır.  Vətən  müharibəsində Suqovuşanın  azad edilməsi  uğrunda  gedən döyüşlərdə  qəhramancasına  şəhid  olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən  sonra “Vətən uğrunda” medal  ilə təltif olunmşdur.  09.10.2020-ci  ildə  Almalı  kəndində  dəfn  olunmuşdur.

 

 

 

Abbaasov  Ramil  Sabir  oğlu  01.04.1989-cu  ildə  Qax rayonunun Turaclı  kəndində  anadan olmuşdur.  Turaclı  kənd  tam  orta  məktəbin  9-cu sinfini  bitirmişdir.  2007-ci  ildə  həqiqi  hərbi  xidmətə  çağırlmış, hərbi  xidməti  bitirdikdən  sonra  2011-ci  ildən  Azərbaycan Respublikası silahlı qüvvələrinin daxili  qoşunlarda  müddətdən artıq hərbi qulluqçu kimi xidmət  etmişdir.  Vətən  müharibəsində  Tərtər  istiqamətində  Suqovuşanın  Talış dağ  yüksəkliyində  gedən  döyüşlərdə  qəhramancasına  şəhid  olmuşdur.  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  sonra  “Vətən uğrunda” və  “Suqovuşanın  azad  olunmasına  görə”  medalları ilə təltif olunmşdur.  11.10.2020-ci  ildə  Turaclı  kəndində  dəfn  olunmuşdur.

 

 

 

 

Ramazanov  Fərid  Ömər oğlu  23.12.1991-ci  ildə  Qax rayonunun Qum  kəndində  anadan  olmuşdur.  2009-cu  ildə Qum  kənd  tam  orta  məktəbini  bitirmişdir.  Hərbi  xidməti  bitirdikdən  sonra Azərbaycan Respublikası  Silahlı  Qüvvələrinin  Təlim  Tədris  Mərkəzində  gizir  hazırlıq  kursunu  bitirmiş, N saylı hərbi hissədə xidmətə başlamışdır. Vətən müharibəsində Suqovuşan  istiqamətində  gedən  döyüşlərdə  qəhramancasına  şəhid  olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  “Azərbaycan  Bayraq  ordeni” , “Vətən  uğrunda, “Suqovuşanın  azad  olunmasına görə” medalları  ilə  təltif  olunmuşdur.  11.10.2020-ci  ildə  Qax  rayonun  Qum  kəndində  dəfn  olunmuşdur.

 

 

 

 

Bünyadlı  Rəvan   Asif  oğlu  05.08.2001-ci  ildə  Qax rayonunun Almalı  kəndində  anadan  olmuşdur.  2018-ci  ildə  Almalı  kənd tam  orta  məktəbini  bitirmişdir.  Qax  Peşə  litseyində  aşbazlıq  təhsili  almışdır.  2020-ci  ilin  yanvarında  həqiqi  hərbi  xidmətə  çağırılmışdır.  Vətən  müharibəsində   Tərtər  rayonu  istiqamətində  gedən  döyüşlərdə  qəhramancasına  şəhid  olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  “Vətən  uğrunda” medalı  ilə  təltif  olunmuşdur.  13.10.2020-ci ildə Qax  rayonunun  Almalı  kəndində  dəfn  olunmuşdur.

 

Əlizadə  Qorxmaz  Arif  oğlu  27.01.1995-ci  ildə  Qax rayonunun Cəlayir  kəndində  anadan  olmuşdur.  Cəlayir kənd  tam  orta  məktəbinin  8-ci sinfini  2010-cu  ildə  bitirmişdir.  2013-ci  ildə Cəmşid  Naxçıvanski  adında  hərbi  litseyi bitirərək  Heydər  Əliyev  adına  Azərbaycan Ali Hərbi  məktəbinə daxil olmuşdur.  Ali hərbi məktəbi bitirdikdən sonra zabit kimi N saylı hərbi hissədə xidmətə başlamışdır. Vətən  müharibəsində Füzuli rayonu istiqamətində  gedən  döyüşlərdə  qəhramancasına  şəhid  olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən sonra  “Vətən  uğrunda"  və  “Füzulunun azad  olunmasına görə”  medalları  ilə  təltif  olunmuşdur. 17.10.2020-ci ildə Qax  rayonun  Cəlayir  kəndində  dəfn  olunmuşdur.

 

 

 

Əliyev  Təbriz  Tofiq  oğlu  20.08.2001-ci  ildə Qax  rayonunda  anadan  olmuşdur. Qax  şəhər  3  nömrəli  tam  orta  məktəbinin  9-cu  sinfini  bitirmişdir.  2019-cu  ilin  noyabrında  həqiqi  hərbi  xidmətə  çağırılmışdır.  Vətən  müharibəsində  Tərtər  rayonu  istiqamətində  gedən  döyüşlərdə qəhramancasına  şəhid  olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən sonra  “Vətən  uğrunda”  və  “Suqovuşanın  azad  olunmasına görə”  medalları  ilə  təltif  olunmuşdur.  19.10.2020-ci il tarixdə  Qax  şəhər  Şəhidlər  xiyabanında dəfn  olunmuşdur.

 

 

 

Məmmədli  Seymur  Hacırəsul  oğlu  19.10.1996-ci  ildə  Qax rayonunun Ağçay  kəndində  anadan  olmuşdur.  2011-ci  ildə  Ağçay  kənd məktəbinin  9-cu  sinfini  bitirmişdir. 2017-ci  ildə  Qax  Peşə  Liseyini  bitirmişdir.  2019-cu  ilin  aprel  ayında  həqiqi  hərbi  xidmətə  çağırılmışdır. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına  şəhid  olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  sonra  “Vətən  uğrunda”, "Xocavəndin  azad  olunmasına görə”  və  "Füzulinin  azad  olunmasına görə”  medalları  ilə  təltif  olunmuşdur.  19.10.2020-ci il  tarixində  Qax  rayonunun  Ağçay  kəndində  dəfn  olunmuşdur.

 

 

 

 

Abbasov Nihad  Mövlüd  oğlu  25.07.2000-ci  ildə Qax rayonunun  İlisu  kəndində  anadan  olmuşdur.  2018-ci  ildə  İlisu kənd tam  orta  məktəbini  bitirmişdir.  2018-ci  ildə  həqiqi  hərbi  xidmətə  çağırılmışdır.  Həqiqi  hərbi  xidməti  bitirdikdən  sonra  2020-ci  ilin  avqust  ayında  orduda  müddətdən  artıq həqiqi hərbi qulluqçu kimi xidmətə  başlamışdır.  Vətən  müharibəsində  Suqovuşan və  Talış  kəndlərinin  azadlığı   uğrunda  gedən  döyüşlərdə qəhramancasına  şəhid  olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən “Vətən  uğrunda”  və  “Suqovuşanın  azad  olunması  uğrunda”  medalları  ilə  təltif  olunmuşdur.  24.10.2020-ci  il tarixdə  Qax  rayonun  İlisu  kəndində  dəfn  olunmuşdur.

 

 

 

Fətəliyev  Emil  Mais  oğlu  30.10.1992-ci  ildə  Qax rayonunun Qorağan  kəndində  anadan  olmuşdur.  2010-cu  ildə  Qorağan  kənd  tam  orta  məktibini  bitirmişdir  Həmin  il  həqiqi  hərbi  xidmətə  çağırılmışdır. 2016-cı  ilin  mart  ayında  Daxili  Qoşunların  Xüsusu  Təyinatlı  qüvvələrində  xidmətə  başlamışdır.  Vətən  müharibəsində  Murov  dağ,  Cəbrayıl,  Fizuli, Zəngilan  istiqamətlərində  gedən  döyüşlərdə  iştirak etmişdir. Şuşa ugrunda gedən döyüşlərdə qəhramancasına  şəhid  olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  “Vətən  uğrunda”, “Füzulinun  azad  olunmasına  görə”, “Şuşanın  azad  olunmasına  görə”  medalları  ilə  təltif  olunmuşdur.  24.10.2020-ci il tarixdə  Qax  rayonunun  Qorağan  kəndində  dəfn  olunmuşdur.

 

 

 

 

İzzətzadə  Elgün  Bəhram  oğlu  15.03.1997-ci  ildə  Qax  şəhərində  anadan  olmuşdur. Vətən  müharibəsinin  ilk  günlərindən  döyüşlərə  qatılan  Elgün  Qubadlının  azad  olunması  uğrunda  gedən  döyüşlərdə qəhramancasına  şəhid  olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  sonra “Vətən  uğrunda”  və  “Suqovuşanın  azad  olunmasına görə”  medalları  ilə  təltif  olunmuşdur. 24.10.2020-ci  il  tarixdə Qax şəhəri Şəhidlər xiyabanında dəfn olunmuşdur.

 

 

 

Məmmədov  Sadiq  Sədrəddin  oğlu  23.06.1981-ci  ildə  Qax  şəhərində anadan olmuşdur.  1998-ci  ildə  Qax  şəhər  2  nömrəli  tam  orta  məktəbini  bitirmişdir. Heydər  Əliyev  adına  Azərbaycan  Ali  Hərbi  məktəbini  2002-ci  ildə  bitirdikdən sonra hərbi  xidmətə  başlamış, müxtəlif  bölgələrdə  şərəflə  xidmət  edərək  polkovnik-leytenant  rütbəsinə  yüksəlmişdir.  2016-cı  ilin  aprel  döyüşlərinin  iştirakçısı  olan  zabit  Vətən  müharibəsində  Qubadlı-Laçın  isitqamətində  gedən  döyüşlərdə  qəhramancasına  şəhid  olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  “Azərbaycan  Bayraq  ordeni”, “Vətən  uğrunda” və  “Xocavəndin  azad  olunmasına görə”  medalları  ilə  təltif  olunmuşdur.  28.10.2020-ci il tarixdə Qax  şəhər  Şəhidlər  xiyabanında  dəfn  olunmuşdur.

 

 

Osmanov  Nəzir Rahib  oğlu  01.01.1998-ci  ildə  rayonun  Qıpçaq  kəndində  anadan  olmuşdur.  2015-ci  ildə Qıpçaq kənd tam orta məktəbini  bitirmişdir.  2016-cı  ildə  həqiqi  hərbi  xidmətə  çağırılmışdır.  Hərbi  xidməti  bitirdikdən  sonra  müddətdən  artıq  həqiqi  hərbi  qulluqçu  kimi  xidmətə  başlamışdır.  Vətən  müharibəsində  döyüşlərdə  iştirak  etmiş  və  Şuşa  uğrunda  gedən  döyüşlərdə  qəhramancasına  şəhid  olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  “Vətən  uğrunda”, “Şuşanın  azad  olunmasına  görə” “Kəlbəcərin  azad  olunmasına  görə”  və  “Hərbi  xidmətdə  fərqələndiyinə  görə”  medalları  ilə  təltif  olunmuşdur.  01.11.2020-ci  ildə  Qax  rayonun  Qıpçaq  kəndində  dəfn  olunmuşdur.

 

Mənəfov  Nicat  Azad  oğlu  18.01.2001-ci  ildə  Qax  rayonu  İlisu  kəndində  anadan  olmuşdur.  2016-ci  ildə  Qaradolaq  kənd  ümumi  orta  məktəbinin  9-cu  sinfini  bitirmişdir.  Təhsilini  Qax  rayon  Peşə  liseyində  davam  etdirmişdir.  2020-ci  ildə  həqiqi  hərbi  xidmətə  çağırılmış  və  Vətən  müharibəsində  Şuşanın  azad  olunması  uğrunda  gedən  döyüşlərdə  qəhramancasına  şəhid  olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən sonra  “Vətən  uğrunda”,  “Füzulinin  azad  olunmasına  görə”  medalları  ilə  təltif  olunmuşdur.  04.11.2020-ci  il  tarixdə  Qax  rayonunun  Qaradolaq  kəndində  dəfn  olunmuşdur.

 

 

 

Musayev  Sahib  Musa  oğlu  21.07.1984-cü  ildə  Qax  rayonun  Şotovar  kəndində  andan  olmuşdur.  1990-cı  ildə  Şotovar  kənd  tam  orta  məktəbinin  1-ci  sinfinə  daxil  olmuş  və  8-ci  sinfə  qədər  həmin  məktəbdə  oxumuş  və  qalan  təhsilini  Qorağan  kənd  tam  orta  məktəbində  davam  etdirmişdir.  2001-ci  ildə  Azərbaycan  Maliyyə İqtisad  kollecinə  daxil  olmuşdur.  Kollecdə  oxuduğu  müddətdə  həqiqi  hərbi  xidmətə  çağırılmış  və  2004-cü  ildə  həqiqi  hərbi  xidməti  başa  vurmuşdur.   Hərbi  xidmət  bitirdikdən  sonra  gizilik  kursunu  oxumuş  və  XTQ-də   gizir  vəzifəsində  xidmətə başlamışdır.  Vətən   müharibəsində  Füzuli,  Cəbrayıl,  Zəngilan, Hadrud  və  Şuşanın  azad  olunması  uğrunda  gedən  döyüşlərdə  iştirak  etmişdir.  07.11.2020-ci  il  tarixdə  Şuşa  şəhərində  qəhramancasına  şəhid  olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  sonra  “Azərbaycan  bayraq  ordeni”,  “Vətən  uğrunda”, “Şuşanın  azad  olunmasına  görə”, “Şücaətə  görə”,  “Cəbrayılın  azad  olunmasına  görə”  medalları  ilə  təltif  olunmuşdur.   12.11.2020-ci   ildə  tarixdə Qax rayonunun  Şotovar  kəndində  dəfn  olunmuşdur.

 

 

 

Hacıəhmədli Hacıəhməd Həsən oğlu 06.04.1998–ci ildə  Qax rayonunun Zərnə kəndində anadan olmuşdur. 2004-cü ildə Zərnə kənd tam orta məktəbinin birici sinfinə daxil olmuşdur. Doqquz illik təhsilini bitirdikdən sonra təhsilini Bakı şəhərində 272 saylı tam orta məktəbində davam etdirmişdir. Həmin il Azərbaycan Texniki Universitetinin Maşınqayırma və Robototexnika fakultəsinə daxil olmuş, 2019-cu ildə universiteti bitirmişdir. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti bitirdikdən sonra müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdır. Qubadlının, Füzulinin, Şuşanın azad olunması uğrunda kedən döyüşlərdə iştirak etmişdir. Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  sonra    “Vətən  uğrunda”, “Şuşanın  azad  olunmasına  görə”,”Füzulinin azad olunmasına  görə”,  “Qubadlının  azad  olunmasına  görə” və “Xidmətdə fərqlənməyə görə” medalları  ilə  təltif  olunmuşdur. 13.11.2020-ci ildə tarixdə Qax rayonunun Zərnə  kəndində  dəfn  olunmuşdur.

 

 

Səfərov Əfəndi Cahangir oğlu 01.01.1996 –cı ildə Qax rayonunun Qaxbaş kəndində anadan olmuşdur.  2002-ci ildə Qaxbaş kənd 2 saylı tam orta məktəbində birinci sinfinə getmişdir. Beşinci sinfə qədər həmin məktəbdə təhsil almış sonra  Respublika Olimpiya  İdman Litseyində davam etdirmişdir. 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılmış, 2016-cı ildə hərbi xidmətini bitirmişdir. Həmin vaxtan etibarən hotellərin birində mühafizəçi kimi işləmişdir. Vətən müharibəsində Füzulinin, Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 07.11.2020-ci il tarixdə Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  sonra    “Vətən  uğrunda”, “Şuşanın  azad  olunmasına  görə” və ”Gəsur döyüşçü” medalları  ilə  təltif  olunmuşdur.   14.11.2020-ci   ildə  tarixdə  Qax şəhəri Şəhidlər xiyabanında  dəfn  olunmuşdur.

 

 

 

Tağızadə Bəhruz Azər oğlu 14.09.1999-cu ildə Qax şəhərində anadan olmuşdur. 2005-ci ildə Qax şəhər 2 saylı məktəb-litseyin birinci sinfinə daxil olub 9-cu sinfi həmin məktəbdə bitirmiş, qalan təhsilini Qax şəhər 5 saylı tam orta məktəbində davam etdirmişdir. 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdir. Xidmətini bitirdikdən sonra Şəki Regional Mühafizə idarəsində mühafizəçi kimi işləmişdir. Vətən müharibəsində Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  sonra    “Vətən  uğrunda”, “Şuşanın  azad  olunmasına  görə”  medalları  ilə  təltif  olunmuşdur.   17.11.2020-ci   ildə  tarixdə  Qax şəhəri Şəhidlər xiyabanında  dəfn  olunmuşdur.

 

 

 

 

 

 

Allahverdiyev İsgəndər Nəsir oğlu 02.04.1999-cu ildə Qax rayonunun Şotavar kəndində anadan olmuşdur. 2005-ci ildə Şotavar kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olub. 2014-cü ildə doqquz illik təhsilini bitirib. 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Ordudan təxris olunduqdan sonra ticarətlə məşğul olub. Vətən müharibəsində Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə  qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  sonra  “Vətən  uğrunda”, “Şuşanın  azad  olunmasına  görə” və ”Cəsur döyüşçü”  medalları  ilə  təltif  olunmuşdur. 16.11.2020-ci ildə  tarixdə Qax rayonunun Şotavar kəndində dəfn olunmuşdur.

 

 

Şabanov Kamran Elşən oğlu 21.11.1995-ci ildə Qax rayonunun Marsan kəndində anadan olmuşdur. 2001-ci ildə Marsan kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. Doqquz illik təhsilini bitirdikdən sonra Zaqatala şəhərində təhsilini davam etdirib. 2013-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra yşadıqları kəndə bərbərlik sənəti üzrə işləyib. Vətən müharibəsində Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  sonra    “Vətən  uğrunda”, “Şuşanın  azad  olunmasına  görə” və ”Cəsur döyüşçü”  medalları  ilə  təltif  olunmuşdur. 16.11.2020-ci  ildə  tarixdə  Qax rayonunun Marsan kəndində  dəfn  olunmuşdur.

 

 

 

Hacıyev Hacı Rafiq oğlu 25.09.1999-cu ildə Qax rayonunun Çüdüllü kəndində anadan olmuşdur. 2005-ci ildə Çüdüllü kənd umumi məktəbinin birinci sinfinə daxil olub. Doqquzuncu sinfi bitirdikdən sonra təhsilini Marsan kənd tam orta məktəbində davam etdirmişdir. 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və 2019-cu ildə hərbi xidmətini bitirmişdir. Vətən müharibəsində Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  sonra    “Vətən  uğrunda”, “Şuşanın  azad  olunmasına  görə” və ”Cəsur döyüşçü”  medalları  ilə  təltif  olunmuşdur.   17.11.2020-ci   ildə  tarixdə  Qax rayonunun Çüdüllü kəndində  dəfn  olunmuşdur.

 

 

 

Məhərrəmov Şamo Mətləb oğlu 26.04.1997-ci ildə Rusiya Fedarasiyasının Murmansk vilayətinin Oleneqorsk şəhərində anadan olub. İlk təhsilini Ləkit kənd tam orta məktəbində almışdır. Təhsilini Bakı şəhərində 279 saylı tam orta məktəbində davam etdirmişdir. 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini bitirdikdən sonra avtomobil rəngsazı peşəsi ilə məşğul olmuşdur. Vətən müharibəsində Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  sonra    “Vətən  uğrunda” və “Şuşanın  azad  olunmasına  görə”   medalları  ilə  təltif  olunmuşdur.   17.11.2020-ci   ildə  tarixdə  Qax rayonunun Ləkit kəndində  dəfn  olunmuşdur.

 

 

 

 

 

Abdullayev Cavid Vahid oğlu 23.04.2000-ci ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olmuşdur. 2006-cı ildə Qaşqaçay kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2017-ci ildə həmin məktəbi bitirib. Həmin ili Qax Peşə Liseyinə daxil olaraq təhsili davam etdirib. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsində  Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  sonra    “Vətən  uğrunda” medalı  ilə  təltif  olunmuşdur. 13.12.2020-ci   ildə  tarixdə  Qax rayonunun Qaşqaçay kəndində  dəfn  olunmuşdur.

 

 

Ağayev Asəf Abid oğlu 24.11.1994-cü ildə Qax şəhərində anadan olub. 2009-cu ildə Cəmşid Naxçıvanski adına  hərbi liseyə daxil olmuşdur. 2012-ci ildə hərbi liseyi bitirmiş və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuşdur. 2016-ci ildə təhsilini bitirərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlılar bölməsində zabit kimi xidmətə başlamışdır. Vətən müharibəsində Cəbrayılın, Xocavəndin, Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edmişdir. 10.12.2020 ci il tarixdə Bakı şəhərində keçirilən “Zəfər” paradında iştirak etmişdir. 17.12.2020-ci il tarixdə Xocavənddə minaya düşərək şəhidlik zirvəsinə yüksəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  sonra    “Vətən  uğrunda”, “Şuşanın  azad  olunmasına  görə”,”Cəbrayılın azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə”  medalları  ilə  təltif  olunmuşdur.   18.12.2020-ci   ildə  tarixdə  Qax şəhəri Şəhidlər xiyabanında  dəfn  olunmuşdur.

 

 

Keçidlər