Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Görülən işlər

Azərbaycan Respublikası Dövlət Qulluqçularının Etik Davranış Qaydaları Haqqında Azərbaycan Respublikasının Qanunun Qax rayonunda icrası vəziyyətinə dair
H E S A B A T

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının 05 sentyabr 2012- ci il tarixli müvafiq Sərəncamı ilə təsdiq  “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq etik mövzuları əhatə edən etika məsələləri üzrə tədris və treninqlərin həyata keçirilməsi sahəsində rayonda xeyli işlər görülmüşdür.
Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı idarə, müəssisə və təşkilatlarda və rayon İcra Hakimiyyəti başçısının kənd İnzibati ərazi dairələri üzrə nümayəndəliklərində təşkil olunmuş tədbirlərdə dövlət qulluqçularına vicdanlı və mədəni davranış, loyallıq, qərəzsizlik, maraqların toqquşmasının qarşısının alınması, insanların şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət və digər etik qayda və prinsipləri,  onlara  əməl edilməsi məsələlərini əhatə edən etika, antikorrupsiya məsələləri üzrə təlimlər keçirilmişdir.
Belə ki, 2015-ci ilin fevral ayında Rayon İcra Hakimiyyəti,  rayon Gənclər  və İdman İdarəsi və  rayon Təhsil  şöbəsinin təşkilatçılığı ilə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun məqsəd və mahiyyəti, prinsipləri və qarşıya qoyduğu vəzifələr açıqlanaraq dövlət qulluqçularının maarifləndirilməsi, peşəkarlıq və fərdi məsuliyyətinin artırılması diqqətə çatdırılmışdır.
2015-ci ilin may ayında korrupsiyaya şərait yaradan halların müəyyən edilməsi, təhlili, aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, korrupsiya ilə əlaqədar “Etik standartlar modeli” mövzusunda dəyirmi masalar təşkil edilmişdir.
2015-ci ilin iyul ayında rayon Məşğulluq Mərkəzi, Rayon Təhsil şöbəsi  və DSMF-nin rayon şöbəsi tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları” adlı dəyirmi masaların keçirilməsi təmin olunmuşdur.
2015-ci ilin avqust ayında   rayonun ƏSM-ii, Rayon Statistika idarəsi, Rayon Gənclər və İdman idarəsi tərəfindən təcrübəli və gənc dövlət qulluqçularının iştirakı və təcrübə mübadiləsi məqsədilə dəyirmi masa, “Hüquqi dövlət quruculuğu”, “Korrupsiyaya qarşı mübarizə hamımızın borcudur” və “Müasir dövlət qulluğu və inkişaf etmiş ölkələrin təcrübəsi” mövzularında görüş təşkil olunmuşdur.
2015-ci ilin oktyabr ayında Rayon Məhkəməsi, Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Korrupsiyaya şərait yaradan halların müəyyən edilməsi və şəffaflığın artırılması” mövzusunda  dəyirmi masa  təşkil olunmuşdur.
Eyni zamanda “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının icrası ilə əlaqədar hüquq pozuntuları və dövlət qulluqçularının qeyri-etik davranışı barədə şikayətetmə imkanlarının genişləndirilməsi sahəsində tədbirlər görülmüşdür.
2015-ci ilin noyabr ayında RİH-in Hüquq şöbəsi  rayon hüquq mühafizə orqanlarının birgə iştirakı ilə keçirilən təlim zamanı dövlət qulluqçularını maraqlandıran məsələlər üzrə suallar cavablandırılmışdır.
Bütün bunlarla yanaşı təşkil olunmuş treninqlərdə dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırlması, dövlət orqanlarına və dövlət qulluqçularına vətəndaşların etimadının yüksəldilməsi, dövlət qulluqçularının fəaliyyətlərində səmərəliliyin və şəffaflığın artırılması və digər etik mövzularla bağlı təbligat işi aparılmışdır.
Hesabat ilində rayonda müntəzəm olaraq “maraqların toqquşmasının qarşısının alınması haqqında” Qanunun yerinə yetirilməsi, dövlət qulluqçuları və vəzifəli şəxslərin etik davranış qaydalarının təkmilləşdirilməsi, dövlət qulluqçularının peşəkarlığının artırılması, Milli Strategiyanın həyata keçirilməsində qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və digər tərəfdaşların cəlb edilməsi məqsədilə seminar müşavirələr keçirilmişdir.
Ötən müddət ərzində Rayon İcra Hakimiyyətinə müvafiq  qaydaların  pozulması  və  bununla  bağli  fəaliyyət planında  qeyd olunan  diğər  halların  baş  verilməsinə  dair şikayətlər   daxil  olmamışdır.

Keçidlər