İctimai Şura
Qax Rayon İcra Hakimiyyəti yanında ictimai şuraya seçkinin təşkil edilməsi haqqında sərəncam
Rayonda fəaliyyət göstərəcək ictimai şuraya seçkilərin təşkili məqsədilə seçki komissiyasının yaradılması haqqında
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İçtimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”sini rəhbər tutaraq qərara alıram:
1. İçtimai şuraya seçkilərin təşkili məqsədi ilə rayon İcra Hakimiyyəti yanında
9 nəfərdən ibarət (rayon icra hakimiyyətinin əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv) olmaqla aşağıdakı tərkibdə seçki komissiyası təşkil edilsin.
Komissiyanın sədri:
Vəfa Heydərova -RİH başçısının müavini- İçtimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri
Komissiyanın üzvləri:
Elbrus Tağıyev - RİH başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili
və proqnozlaşdırılması şöbəsinin müdiri
Dəyanət Əminov -RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri
Elsevər Qumuxov -RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinin müdiri
Sabir Nemətov - Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Şurasının sədri
Günəş Sofiyeva -Təhsil İşçiləri Həmkarlar İttifaqı Rayon
Komitəsinin sədri
Ələkbər Musayev -Dövlət Idarələri və İctimai Xidmət İşçiləri
Həmkarlar İttifaqı rayon komitəsinin sədri
Sara Xəlilova -“Qızıl Aypara” Cəmiyyəti rayon bölməsinin sədri
Abdul Mustafazadə - Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar
İttifaqı rayon komitəsinin sədri
2. Komissiya içtimai şura üzvlərinin say həddini rayon İcra Hakimiyyətinin fəaliyyət istiqamətlərinin genişliyi və iş həcmi nəzərə alınmaqla, 5-15 üzvdən ibarət tərkibdə müəyyən etsin.
3. Komissiya mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq seçkilərin keçirilməsini təmin etsin.
4.Seçki komissiyasının fəaliyyəti içtimai şuraya seçkilərin keçirilməsi və içtimai şuranın üzvlərinin say həddinin müəyyən edilməsi ilə məhdudlaşdırılsın.
5.Sərəncamdan irəli gələn məsələlərə nəzarət etmək rayon İcra Hakimiyyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri V.Heydərovaya tapşırılsın.
Qax rayon icra hakimiyyətinin başçısı
MUSA ŞƏKİLİYEV