Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İqtisadiyyat

           

     

   Hesabat ilində respublikamızın digər regionlarında olduğu kimi,  rayonumuzda da müvafiq sahələrdə bir sıra işlər görülmüş və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

          Rayon üzrə məhsul buraxılışı 2023-cü ildə 190 milyon 202 min manat olmuşdur. Sənayedə məhsul buraxılışı 18 milyon 734 min manat, kənd təsərrüfatında 96 milyon 278 min manat, tikintidə 15 milyon 948 min manat, nəqliyyat və anbar təsərrüfatında 3 milyon 942 min manat, informasiya və rabitə sahəsində 2 milyon 11 min manat, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 53 milyon 289 min manat olmuşdur.

          Əvvəlki ilin müvafiq dövrünə nisbətən cəmi məhsul buraxılışının fiziki həcm indeksi 105.2 faiz, sənaye sahəsində fiziki həcm indeksi 103.2 faiz, kənd təsərrüfatı sahəsində 105.7 faiz, tikinti sahəsində 125.9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 102.4 faiz, informasiya və rabitə sahəsində 139.9 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 99.1 faiz təşkil etmişdir.

         2023-cü ilin yanvar-dekabr aylarında rayonda əsas kapitala investisiya qoyuluşu 19 milyon 386 min manat olmuş, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 145 min manat və ya 19.4 faiz çox olmuşdur. Qoyulmuş investisiyanın   8 milyon 699 min manatı dövlət mülkiyyətinə, 10 milyon 687 min manatı isə qeyri-dövlət mülkiyyətinə məxsusdur.

         Hesabat dövründə rayonda 89 yeni iş yeri açılmışdır. Orta aylıq əməkhaqqı 503.2 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51.7 manat və ya 11.5 faiz çox olmuşdur.

         2023-cü ildə Qax rayonu üzrə 5713.0 min manat proqnoza qarşı büdcəyə 5960.6 min manat vəsait daxil olmuşdur ki, bu da proqnozun 104.3 faizini təşkil etmişdir.

         Ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən rayonda sahibkarlığın inkişafı və əhalinin işgüzar fəliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədilə 75 sahibkara 1 milyon 631 min manat güzəştli kreditlər verilmişdir.

         Ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edilmişdir.

        Ötən 5 il ərzində dövlət proqramında rayonumuz üçün nəzərdə tutulmuş 17 bənddən ibarət tədbirlərin icrası uğurla həyata keçirilmişdir. Belə ki, görülmüş işlər nəticəsində ötən 5 il ərzində rayonumuzda yeni məktəb binaları, yeni körpülər və beton bəndlər, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün fərdi mənzillər tikilib istifadəyə verilmiş, kommunal və rabitə xidmətlərinin yaxşılaşdırılması, o cümlədən mənzil təsərrüfatı və abadlıq-quruculuq işləri davam etdirilmiş, yeni artezian və subartezian quyuları qazılmış, yerli əhəmiyyətli, kəndlərarası və kəndlərin giriş yollarına asfalt örtüyü döşənmişdir.

         Hesabat ilində rayonda bitkiçilik və heyvandarlıq  məhsulları  istehsalının dinamik artımının təmin olunması məqsədilə qarşıya qoyulmuş vəzifələrin  icrası istiqamətində işlər davam etdirilmişdir.

          Belə ki, 2023-cü il ərzində 3691.2 hektar sahədə yazlıq bitkilərin o cümlədən 598 ha sahədə yonca, 323 hektar sahədə tərəvəz, 154 hektar sahədə vələmir, 133 hektar sahədə bostan, 303  hektar sahədə kartof və 1644 hektar sahədə dən qarğıdalı (ondan  Aqropark ərazisində 210 hektar) əkini aparılmışdır. Qarğıdalı sahələrinin hər hektarından 99.8 sentner olmaqla 16409.2 ton məhsul istehsal olunmuşdur.

          2023-cü ildə rayon ərazisində  450.5  hektar sahədə tütün əkini aparılmış və həmin tütün sahələrindən 671.12 ton  quru tütün istehsal edilmişdir.

          Ötən il 224 kümçüyə ümumilikdə 400 qutu tut ipəkqurdu paylanılmışdır. Paylanılmış ipəkqurdundan 14.2 ton miqdarında  barama istehsal olunmuşdur ki, bunun da 1.7 tonunu  damazlıq barama təşkil etmişdir.

          Rayon üzrə 2023-cü ilin məhsulu üçün 13322 hektar sahədə payızlıq dənlilər səpilmişdir ki, bunun da 9252 hektarı buğda, 4070 hektarını arpa təşkil etmişdir. Taxıl biçinin itkisiz və optimal müddətdə başa çatdırılması üçün rayonun ayrı-ayrı ərazilərində mövcud olan 30 ədəd müxtəlif markalı kombaynlar hazır vəziyyətə gətirilimiş, eyni zamanda kənar rayonlardan kombaynların cəlb olunması ilə bağlı əlaqələr yaradılmışdır. Lakin biçin dövründə hava şəraitinin qeyri-sabit keçməsi səbəbindən əvvəlki illə müqayisədə 10-15 gün müddətində taxıl biçini gec başa çatdırılmışdır. Əksər sahələrdə lazımi aqrotexniki qulluq işləri aparılsa da vegetasiya dövründə uzun çəkən quraqlıq taxıl sahələrinə, xüsusilə də dəmyə sahələrinə öz mənfi təsirini göstərmişdir. Həmçinin biçin dövründə yağan güclü yağışlar nəticəsində taxıl sahələrinin bir hissəsini sel suları yuyaraq yararsız hala salmışdır. Yağan  yağışlar nəticəsində sahələri alaq otları (xüsusilə sarmaşıq) basaraq taxılın yığılmasına ciddi maneələr törətmiş və bu səbəbdən taxılın məhsuldarlığı aşağı düşmüşdür. 910 hektar sahədə isə biçin aparmaq mümkün olmamışdır. Nəticədə rayon üzrə 24436.8 ton buğda, 12740.6 ton arpa məhsulu olmaqla cəmi 37177.4 ton payızlıq dənlilər istehsal olunmuşdur. Qeyd olunan səbəblərdən payızlıq dənlilərin orta məhsuldarlığı ötən ildəkindən 2.1 sentner aşağı olmaqla 30 sentner təşkil etmişdir. Ayrı-ayrlıqda götürdükdə buğdanın məhsuldarlığı ötən ildəkindən 4.1 sentner az olmaqla 29.3 sentner, arpanın məhsuldarlığı isə ötən ildəkində 1.7 sentner çox olmaqla 31.3 sentner təşkil etmişdir.

         Hesabat dövründə Aqroservis filialı tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə satılması məqsədilə 29 ton azot, 9.4 ton ammofos, 355 ton nitroamofoska,  462 ton karbamid, 41 ton kalium sulfat gübrələrinin və 123.5 litr miqdarında müxtəlif növ pestisidlərin satışı təmin olunmuşdur. Mövsüm  ərzində müəssisənin texnikaları vasitəsi ilə 850 hektar sahədə şum, 3500 hektar sahədə payızlıq taxılların biçini  aparılmışdır.

         Hesabat ilində kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə 40 ədəd  müxtəlif markalı traktor, 1 ədəd kombayn, 6 ədəd traktor yedəyi  və 22 ədəd müxtəlif növ aqreqatın satışı təmin olunmuşdur. 

        Ötən il Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən sicanabənzər gəmiricilərin yayılmasının qarşısının alınması  məqsədilə  rayonun ayrı-ayrı əraziləri üzrə 1560 ha sahədə, ondan 1360 hektarda dövlət vəsaiti hesabına, 200 hektarda isə təsərrüfat subyektləri hesabına kimyəvi mübarizə həyata keçirilmişdir. Həmçinin rayonun müxtəlif ərazilərindəki taxıl sahələrində taxıl böcəyinə qarşı 18 hektar sahədə,  alaq otlarına qarşı 10106 hektar sahədə, qəhvəyi mərmər bağacığına qarşı 600 hektar sahədə, sarı pas xəstəliyinə qarşı isə 107 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılmışdır. 90 hektar sahədə çəyirtkəkimilərə qarşı, 113 hektar tütün sahələrində mənənə,  pambıq sovkasına,  112 hektar kartof sahələrində kolorado böcəyinə, 333 ha  bostan-tərəvəz sahələrində  müxtəlf zərərvericilərə, 199  hektar sahədə müxtəlif xəstəliklərə qarşı kimyəvi mübarizə aparılmışdır.  Ötən müddət ərzində həmçinin 835 hektar meyvə sahələrində müxtəlif zərərvericilərə, 1268 hektar sahədə isə müxtəlif xəstəliklərə qarşı kimyəvi mübarizə aparılmışdır. Karantin alaq otu yovşanyarpaqlı ambroziyaya qarşı 142 hektar sahədə mexaniki yolla, 251 hektar sahədə kimyəvi yolla mübarizə aparılmışdır.

       Rayonun 22 yaşayış məntəqəsində əsasən fındıq bağlarında qışlama mərhələsindən sonra qəhvəyi mərmər bağacığının yayılma inensivliyini müəyyən etmək və zərəvericinin yetkin fərdlərinin biotexniki üsulla məhv edilməsi məqsədilə Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən verilmiş 246 ədəd yapışqan lövhəli feromon tələlərin uyğun nöqtələrə asılması təmin olunmuşdur. Bu günədək mərkəz tərəfindən 12 dəfə monitorinq aparılmışdır. Aparılmış həftəlik monitorinqlər zamanı 424 ədəd qəhvəyi mərmər bağacığının yetkin fərdləri 17 ədəd sürfələri aşkar edilmiş və mexaniki yolla məhv edilmişdir. Eyni zamanda əlavə olaraq 131 hektar müxtəlif növ meyvə və fındıq bağlarına, tərəvəz və qarğıdalı sahələrinə baxış keçirilmişdir. Baxış zamanı qəhvəyi mərmər bağaçıq aşkar edilməmişdir. 2023-cü ilin noyabr-dekabr aylarında aparılmış monitorinq zamanı 116 evə baxış keçirilmiş,  20 evdə  65 ədəd qəhvəyi mərmər bağaçıq aşkar edilmiş və mexaniki məhv edilmişdir.

          Hesabat dövründə Qax Regional Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən rayonda taxıl toxumçuluğu ilə məşğul olan təsərrüfatlarda “Ulu Aqro” MMC 730 ha sahədə buğda, 50 ha sahədə arpa, “Elit-R1” MMC 55 ha sahədə buğda, “Pluton” MMC 107 ha sahədə buğda, fiziki şəxs İdris Nəbiyev 55.68 ha sahədə buğda, 19.89 ha sahədə arpa, fiziki şəxs Mənəfov Novruz 68.54 ha sahədə buğda, fiziki şəxs Musayev Tamerlan 19.74 ha sahədə arpa, 27.0 ha sahədə buğda  ümumilikdə 1043.22 ha  buğda sahəsində, 89.63 ha arpa  sahəsində aprobasiya aparılmışdır. Hesabat dövrü ərzində toxumçulardan 65 ədəd analizə nümunə götürülmüş, analiz edilmiş və 1337 ton toxum sertifikatlaşdırılmışdır.

          Hesabat ilində rayon ərazisində ekoloji durumun yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilmişdir.  Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən yaz-payız mövsümü ərzində 34 hektar sahədə meşə əkini aparılması planlaşdırılmış, yaz əkini dövründə 15 hektar, payız mövsümündə 19 hektar əkin aparılmışdır.

         İlisu Dövlət Təbiət Qoruğu tərəfindən Dövlət yasaqlığı ərazilərin və xüsusi mühafizə olunan təbiət əraziləri ilə həmsərhəd ərazilərdə fauna elementlərinin qorunması və mühafizə rejiminə əməl olunması ilə bağlı tədbirlər davam etdirilmişdir. Belə ki, yay mövsümü ilə əlaqədar baş verə biləcək yanğın təhlükəsinin qarşısının alınması məqsədilə idarə və sahələr üzrə sutkalıq növbətçilik və patrul xidməti təşkil edilərək gücləndirilmiş iş rejiminə keçirilmişdir. İlisu Dövlət Təbiət Qoruqla həmsərhəd yaşayış məntəqələrinin əhalisini cəlb etməklə 3 sahə üzrə 10 nəfərdən ibarət 4 könüllü  yanğınsöndürmə dəstəsi yaradılmışdır.

        2023-cü ildə İlisu Dövlət Təbiət Qoruğunda vəhşi quşların qış sayımı aparılmışdır. O cümlədən Şərqi Qafqaz Turu və Köpgərin sayımı aparılmış, 1825 ədəd Şərqi Qafqaz Turu və 26 ədəd Köpgər müəyyən edilmişdir. Oktyabr ayında Qafqaz Nəcib Maralının sayımı aparılmış və 75 baş Qafqaz Nəcib Maralının mövcud olduğu müəyyənləşdirilmişdir. Acınohur çölü və ətraf ərazilərdə Ceyran sayımı ilə bağlı aprarılan monitorinq zamanı 335 baş ceyran qeydə alınmışdır. İlisu Dövlət Təbiət Qoruğunun balansında yeni milli parkın yaradılması ilə bağlı işlər davam etdirilir.

        İlisu Dövlət Təbiət Qoruğu tərəfindən  qoruq və yasaqlıq ərazilərində həmçinin xüsusi mühafizə olunan təbiət əraziləri ilə həmsərhəd ərazilərdə fauna elementlərinin qorunması, mühafizə rejiminə əməl olunması ilə bağlı tədbirlər davam etdirilmişdir. Hesabat dövrü ərzində 16 fakt aşkar edilmişdir. Bunlardan 5 fakt qanunsuz otarma, 3 fakt qanunsuz ov, 8 fakt mühafizə rejimin pozulması olmuşdur. Bu faktlar üzrə 9 min manat məbləğində inzibati cərimə tətbiq edilmiş və həmin cərimənin xüsusi fonda köçürülməsi təmin olunmuşdur.

        Hesabat ilində ət istehsalı diri çəkidə 3091 ton olmaqla əvvəlki ilə nisbətən 7.6 ton, süd istehsalı 16380  ton olmaqla əvvəlki ilə nisbətən 9.7 ton, yumurta istehsalı  7921 min ədəd olmaqla əvvəlki ilə nisbətən 2000 ədəd çox, yun istehsalı 102.8 ton olmaqla əvvəlki ilə nisbətən 0.8 ton az istehsal olunmuşdur. İri buynuzlu mal-qaranın sayı hesabat dövründə 20406 baş təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 154 baş az,  ana mal  11264 baş olmaqla əvvəllki  ilə nisbətən 47 baş az olmuşdur. Qoyun və keçilərin sayı 51924 baş təşkil etmişdir ki, o da əvvəlki ilə nisbətən 1273 baş azalma, donuzları sayı isə 1266 baş olmaqla əvvəlki ilə nisbətən 76  baş çox olmuşdur. 01 yanvar 2024-cü il tarixə rayonda 113367 baş müxtəlif növ ev quşları, 31744 arı ailəsi mövcud olmuşdur. 

         Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv inkişaf etdirilməsinə zəmin yaradan cins maldarlığın inkişafı və süni mayalandırmanın tətbiqinin daha da genişləndirilməsi istiqamətində aparılan tədbirlər davam etdirilmişdir. 2023-cü ildə rayonda 6184 baş iribuynuzlu heyvan süni yolla mayalandırılmış, bu da əvvəlki illə müqayisədə 446  baş çox olmuşdur. Ötən il süni mayalanma yolu ilə 3548 baş bala alınmış, bu da əvvəlki illə müqayisədə 82 baş çox olmuşdur. Hesabat ilində yüksək məhsuldar 2 baş cins düyənin heyvandarlıqla məşğul sahibkara lizinq yolu ilə satılması təmin olunmuşdur. İl ərzində 5 özəl inkubatorda 400 mindən çox birgünlük cücə çıxarılaraq əhaliyə satışı təmin olunmuşdur.

        Hesabat dövründə rayonda torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə 217.8 min m3 həcmdə lildən təmizləmə işləri aparılmışdır. Sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə daşqın və selə qarşı 710.4 min m3 məcratəmizləmə işləri aparılmış, 483 m3 qabion və 1466.5 m3 daş-beton bəndlərdə daşqın və selə qarşı sahilbərkitmə işlərinin aparılması məqsədilə təmir işləri görülmüşdür.

        Hesabat dövründə Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi və  istismara qəbulu ilə bağlı sənədləşmə işləri başa çatdırılmış, sakinlərin  binaya köçürülməsi ilə bağlı işlər davam etdirilmişdir.

        Ötən il şəhərin S.Həmzəyev, C.Rəhimov,  Ə.Əliyev,  Q.Qarayev,  H.Tağıyeva,  G.Fəzli, Yunus  İmrə,  X.Nətavan,  İ.Abdullayev,  H.Aslanov, Q.Rəsulov,  S.Mehmandarov,  C. Məmmədov,  N.Hikmət,  A.Şaiq,  F.Əmirov,  N.Tusi,  X.Natəvan,  Dədə Qorqud,  Bülbül,  M.Ə.Sabir, Ə.Vahid küçələrində və M.Əmirov,  Ü.Hacıbəyov, M.F.Axundov, İ.Nəsimi, M.V.Vidadi,  M.Ə.Rəsulzadə, İ.Dağıstanlı küçələrindəki döngələrdə  yol  və səkilər  əsaslı  təmir edilmişdir. 

       Şəhərin H.Əliyev  prospekti  17 saylı,  V.Eyvazov  küçəsi 1,  1a,  3 saylı,  Ü.Hacıbəyov  küçəsi 6a, 8q saylı,  H.Tağıyeva  küçəsi 3 saylı,  N.Nərimanov  küçəsi 6 saylı,  M.V.Vidadi küçəsi 16  saylı binaların həyətlərində abadlıq işləri aparılmışdır. Şəhərin  6  kommunal  yaşayış  binasının - V.Eyvazov  küçəsi 1,  1a, 3 saylı,   Ü.Hacıbəyov  küçəsi 8q saylı,  M.V.Vidadi  küçəsi 16  saylı,  Ş.Rustavelli  küçəsi 14 saylı  binaların həyətlərinə asfalt-beton  örtüyü  salınmış,  H.Əliyev və Azərbaycan prospektlərində və Ü.Hacıbəyli, X.Natəvan,  R.Behbudov, S.Məmmədov, H.Tağıyeva, M.Cuma, S.Rəhman, S.Rüstəm, Ş.Qurbanov, O.Sarıvəlli, İ.Çavçavadze, M.Əmirov, M.P.Vaqif, İ.Mustafayev, C.Novruz,  B.Vahabzadə, M.Məmmədov, Qaxmuğal,  Koroğlu və Ə.Əliyev küçələrində abadlıq  işləri aparılmışdır.  

 

Keçidlər