Rayon haqqında
Səhiyyə
Rayon əhalisinə 154 çarpayılıq RMX-si, 11 həkim məntəqəsi (Tasmalı, İlisu, Ləkit, Güllük, Qaşqaçay, Zəyəm, Qorağan, Almalı, Cəlayir, İngiloy-kötüklü, Qıpçaq) və 2 ASM ( Qax, Əlibəyli), 26 tibb məntəqəsi xidmət göstərir.
Hesabat dövründə “Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 100 nəfər həkimi və 377 nəfər orta tibb işçisi əhaliyə xidmət göstərmişdir. 2024-cü ilin 6 ayı ərzində 16 nəfər həkim və 57 nəfər orta tibb işçisi ixtisasartırma kurslarında olmuşdur. Müddət ərzində Rayon Mərkəzi Xəstəxanasına 247689 ambulator müraciət olunmuş, stasionara 1233 nəfər xəstə daxil olmuşdur.
Rayon Gigiyena və Epidiomologiya Mərkəzi tərəfindən ötən il peyvəndlərin tətbiqinə daim nəzarət olunmuş və rayonun müalicə profilaktika müəssisələrinə praktiki köməklik göstərilmişdir.